Location: Bakı
"SAMT" MMC-də " Məlumat Mərkəzi üzrə Mütəxəssis " vakansiyası mövcuddur. İş yeri: Sumqayıt / Xızı Əsas öhdəliklər: Məlumat mərkəzinə daxil olan müraciətlərin telefon, e-mail və digər kanallar vasitəsilə qəbul edilməsi; Müştərilərə məhsul, xidmət və prosedurlar barədə düzgün və ətraflı məlumat verilməsi; Müraciətlərin aidiyyəti üzrə yönləndirilməsi və sistemdə qeydiyyata alınması; Müştəri sorğularının operativ şəkildə cavablandırılması və həllinin izlənilməsi; Müraciətlər üzrə hesabatların hazırlanmasında iştirak; Xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılmasına dəstək göstərilməsi. Tələblər: Ali və ya orta ixtisas təhsili; Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; Rus və/və ya ingilis dili biliyi orta səviyyədə; MS Office proqramları ilə işləmək bacarığı; Güclü ünsiyyət və dinləmə bacarığı; Müştəriyönümlülük, məsuliyyətlilik və operativlik; Stressli vəziyyətlərdə işləmək bacarığı; Məlumatları düzgün və aydın şəkildə təqdim etmək bacarığı. Şirkət tərəfindən verilən imtiyazlar: Nahar; Könüllü tibbi sığorta; Servis nəqliyyatı. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “ Məlumat Mərkəzi üzrə Mütəxəssis ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.