Location: Bakı
Əsas vəzifə öhdəlikləri HORECA kanalı üzrə satış planlarının, dövriyyə və əsas satış göstəricilərinin icrasını təmin etmək; Komandanın gündəlik fəaliyyətini planlaşdırmaq, tapşırıqları bölüşdürmək və icraya nəzarət etmək; Komanda üzvlərinin nəticələrini izləmək, inkişaf ehtiyaclarını müəyyənləşdirmək və onları iş prosesində dəstəkləmək; Otel, restoran, kafe və iaşə obyektləri üzrə müştəri ziyarətlərini və satış marşrutlarını idarə etmək; KPI-ları, satış dinamikasını və kanal üzrə inkişaf imkanlarını təhlil edərək tədbirlər planı hazırlamaq; Yeni HORECA müştərilərini cəlb etmək və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək; Məhsul portfelini təqdim etmək, kommersiya şərtləri üzrə danışıqlar aparmaq və razılaşmaların icrasına nəzarət etmək; Debitor borclarına, sifarişlərin icrasına, məhsul mövcudluğuna və təqdimat standartlarına nəzarət etmək; Satış nəticələri və müştəri portfeli üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; Satış, logistika, anbar, marketinq və maliyyə şöbələri ilə koordinasiyalı işləmək. Namizəd üzrə tələblər Təhsil: Orta ixtisas və ya ali təhsil; Təcrübə: HORECA satış sahəsində iş təcrübəsi; komanda idarəetməsi təcrübə Dil: Azərbaycan dili - – əla, İngilis dili və Rus dili – üstünlükdür Kompüter: Microsoft Office proqramları, xüsusilə Excel üzrə yaxşı bilik. Fərdi keyfiyyət göstəriciləri Liderlik və komanda idarəetməsi; Planlaşdırma, iş bölgüsü və icra nəzarəti; Satış analitikası və nəticəyönümlü yanaşma; Güclü ünsiyyət, danışıqlar və motivasiya bacarıqları; Operativ qərarvermə və problem həlli. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.