Telesatış üzrə kiçik mütəxəssis - Xalq Sığorta

Location: Bakı

Namizədə dair gözləntilər və xüsusi tələblər: Ali təhsil; Dil bilikləri- Azərbaycan və rus dilləri səlis; Minimum 1 il iş təcrübəsi; Kompüter bilikləri: MS Office proqram biliyi; Məsuliyyətlilik, güclü kommunikasiya və komanda ilə işləmək bacarığı. İş haqqında məlumat: Müştərilər ilə bağlantı yaradaraq sığorta məhsulu satışının həyata keçirilməsi; Müştəri istəklərini təhlil edərək sığorta məhsulları üzrə təkliflərin hazırlanması; Müştərilərlə əlaqə saxlayıb, şirkətin təqdim etdiyi təkliflərlə tanış edilməsi; Müxtəlif satış kanalları ilə cəlb edilən müştərilərin sorğularının cavablandırılması; Təqdim olunan bazadakı müştərilərə qeyd edilmiş gün və saatlarda zəng edilməsi; Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmət göstərilməsi; Rəhbərliyin tapşırığına əsasən yerinə yetirilmiş işlər barəsində müxtəlif hesabatların hazırlanması və satış hədəflərinin həyata keçirilməsi. İş şərtləri: İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00); İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24 Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır İmtiyazlar: Könüllü tibbi sığorta; Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını  (Telesatış üzrə kiçik mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.