Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Mühasibatlıq şöbəsinin gündəlik iş gedişatına operativ dəstək göstərilməsi; Mühasiblər tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq icra edilməsi; Sənəd dövriyyəsinin izlənilməsi və rəsmi məktubların/sorğuların hazırlanmasında iştirak; Bank və digər dövlət qurumları ilə bağlı sənədləşmə işlərində texniki köməklik; Şöbə daxili digər inzibati mühasibatlıq işlərinin yerinə yetirilməsi. İş şəraiti: İş qrafiki: 5 günlük iş həftəsi, 08:00 – 17:00; Əmək haqqı: 600 – 800 AZN (Namizədin təcrübə və bacarıqlarına əsasən təyin olunacaq); Nahar: Şirkət tərəfindən təmin edilir; Ünvan: Xocasən yolu 124C (Lökbatan ştq-nə yaxın, Abşeron Ticarət Mərkəzi ilə üzbəüz). Namizədə tələblər: Təhsil: Ali təhsil (Mühasibatlıq, İqtisadiyyat, Maliyyə və ya müvafiq sahə üzrə); Yaş həddi: 21 - 30 yaş; Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dili bilikləri olan namizədlərə üstünlük veriləcəkdir; MS Office: Microsoft Excel və Word proqramları ilə baza səviyyədə işləmə bacarığı; Məsuliyyətli, operativ və komandada işləmək bacarığı. Təcrübə: Vakansiya üzrə iş təcrübəsi vacib deyil, lakin olması arzuolunandır (iş şöbə daxilində öyrədiləcək); Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.