Keyfiyyət və SƏTƏM şöbəsinin müdiri - Stevedoring

Location: Bakı

Vəzifə öhdəlikləri:   Cəmiyyətdə “Keyfiyyət idarəetmə sisteminin” qurulması, işlək vəziyyətdə saxlanması və təkmilləşdirilməsi;  Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin  siyasətini qurmaq və onun icrasına bialvasitə nəzarət etmək;  Cəmiyyətdə  keyfiyyətin və SƏTƏM-in idarə olunması sisteminin sənədləşdirilməsinə, sənədlərin işlək vəziyyətdə saxlanmasına və tətbiqinə rəhbərlik etmək;  Keyfiyyət və SƏTƏM idarə sistemlərin fəaliyyətində Cəmiyyətinin keyfiyyət və əmək təhlükəsizliyi sahəsində siyasəti və məqsədlərinin realaşdırılmasına nəzarət etmək;  Keyfiyyət və SƏTƏM idarə sistemlərin fəaliyyətində qüvvədə olan beynəlxalq və yerli standartların tələblərinə riayət olunmasına nəzarət etmək;  KİS və SƏTƏM-in tətbiqinin səmərəliliyini vaxtaşırı dəyərləndirmək və bu barədə hesabat hazırlayıb cəmiyyətinin  direktoruna təqdim etmək;  KİS-in fəaliyyətinin nəticələrini gözdən keçirmək və dəyərləndirmək üçün müvafiq toplantıların keçirilməsini təmin etmək;  Cəmiyyətdə yekun işin keyfiyyətinə təsir edə biləcək funksiyların, proseslərin uyğunluğuna, yoxlama üsullarının düzgün seçilməsinə, düzgün  və  vaxtında tətbiqinə, müvafiq qeydlərin aparılmasına nəzarət etmək;  Uyğun olmayan xidmətin təsbit edilməsi, təhlili və bir daha təkrarlanmaması şərtiylə uyğunsuzluğun aradan qaldırılması üçün aparılan düzəldici fəaliyyətləri izləmək;  Sifarişçilərin  tələblərinin nəzərə alınmasına nəzarət etmək, onların irad və təkliflərinin qiymətləndirilməsini  və nəzərə alınmasına nəzrət etmək;  KİS-in tətbiqinin nəticələrini müvafiq şəkildə təhlil edərək, cəmiyyətdə KİS-in davamlı təkmilləşdirmə imkanlarını  müəyyənləşdirmək;  Düzəldici və önləyici fəaliyyətlərin tətbiqini təmin etmək və səmərəliliyini yoxlamaq;  Keyfiyyət və SƏTƏM üzrə qeydlərin aparılmasına, sənədləşdırılməsinə, işlək vəziyyətdə saxlanmasına  və  s; nəzarət etmək;  Cəmiyyətdə keyfiyyət və SƏTƏM üzrə daxili auditləri təşkil etmək, audit nəticəsində müəyyənləşdirilmiş zəruri düzəldici fəaliyyətlərin səmərəli tətbiqini yoxlamaq;;  Təlimə (treninqə) olan ehtiyacları müəyyənləşdirməsi və müvafiq təlimlərə göndərilməsinə nəzarət etmək;  Təlim planının təsirli şəkildə həyata keçirilməsini və təlimdənsonrakı qiymətləndirmələrinə nəzarət etmək;  Cəmiyyətin KİS-in və SƏTƏM prosedurlarını, keyfiyyət üzrə rəhbərliyi, təlimatları, formaları hazırlamaq, təsdiqlətmək və paylamaq;  Cəmiyyətin prosedurlarına görə aidiyyatı şəxslərin üzərlərinə düşən vəzifələri yerinə yetirməsinə nəzarət etmək;  İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir;  İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir;  İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;  İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir;  İldə bir dəfədən az olmadan keyfiyyət və SƏTƏM idarəetmə sisteminin işlək vəziyyətinin yoxlanması üçün daxili audit keçirtmək. Namizədə dair tələblər: Müvafiq sahədə 3 il iş təcrübəsi; Ali təhsil (müvafiq sahə üzrə); SƏTƏM üzrə müvafiq sertifikatlar; MS office proqramlarında işləmə bacarığı; Əmək Məcəlləsi, Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik , Yanğın Təhlükəsizliyi haqqında qanun və normativ hüquqi aktlar haqqında biliklər; SƏTƏM sənədlərini, hesabatları və təlimatları hazırlamaq bacarığı ; İSO 9001:2015 İSO 14001:2015 İSO 45001 standartlar üzrə daxili auditor sertifikatları. İş şərtləri: İş yeri: Ələt Limanı; İş qrafiki: 5 günlük iş həftəsi; İş saatları: 08:00 - 17:00; Nahar yeməyi və servis şirkət tərəfindən qarşılanır. Maraqlanan namizədlər  Müraciət Et   düyməsində göstərilən formu dolduraraq müraciətlərini göndərə bilərlər.