Kateqoriya üzrə menecer (Home&Décor) - Superfon

Location: Bakı

İş yeri: Bakı şəhəri  Vəzifə öhdəlikləri: Kateqoriya idarəetməsi və məhsul portfeli Kateqoriyası üzrə məhsul çeşidinin formalaşdırılması və inkişaf etdirilməsi; Kateqoriyanın bütün alt-seqmentləri üzrə bazar araşdırmalarını aparmaq, trendləri analiz etmək və optimal çeşid strategiyasını formalaşdırmaq; Mövsümi məhsullar (Yeni il, Novruz və s.) üçün illik planlama, proqnozlaşdırma və kampaniya təqviminin hazırlanması; Təchizatçılarla ilkin əlaqələrin qurulması, müqavilələrin hazırlanması, qiymət və şərtlər üzrə danışıqların aparılması; Kateqoriyanın qiymət siyasətinin formalaşdırılması, rəqabət analizləri əsasında qiymət strategiyasının yenilənməsi;  Stok idarəetməsi: tələb proqnozları, sifariş planlaması, mövsümi pik dövrlərə hazırlıq və Overstock/Stockout risklərinin qarşısının alınması; Strateji təqdimatların və aylıq performans hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması. Tam konteyner (FCL) yükləmələri ilə bağlı planlama və koordinasiya Qablaşdırma, MOQ, spesifikasiya təsdiqləri, logistika və konteyner yüklənmələri üzrə təchizatçılarla koordinasiya Tələblər: Təhsil və təcrübə: Ali təhsil ( biznes, iqtisadiyyat, marketinq və ya əlaqəli sahələr ) Analitika, Home&Dekor kateqoriyaları idarəetməsi sahəsində təcrübə üstünlükdür  Bilik və bacarıqlar: Excel-də yüksək səviyyədə işləmək bacarığı Analitik düşüncə və detala diqqət ERP və Power BI bilikləri üstünlükdür Ünsiyyət, koordinasiya və komanda daxilində iş bacarıqları İngilis dili (B2 səviyyəsindən aşağı olmayan) Məsuliyyətli, dəqiq və nəticəyönümlü İnkişaf etməyə açıq Operativ və təşəbbüskar Təminatlar: Peşəkar inkişaf və təlim imkanları Korporativ mühit və güclü komanda ilə çalışma imkanı Karyera yüksəlişi  Rəqabətədavamlı əmək haqqı Nahar ilə təmin edilmə; KPI sisteminin tətbiqi; Korporativ mobil nömrə. CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “ Kateqoriya üzrə menecer (Home&Decor) ” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.  Müraciət maili info@superfon.az