Daxili nəzarət üzrə mütəxəssis - TABİA Group

Location: Bakı

Şöbə: Maliyyə və risk  İşəgötürən: “TABİA Group”  MMC  Ünvan: Neftçilər prospekti 153, PBT    Əmək funksiyası:   Şirkət və ona tabe olan müəssisələrin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlamalar aparmaq və proseslərə nəzarət etmək; İş prosesində baş vermiş neqativ halları aşkarlayıb aktlaşdırmaq və mövcud çatışmazlıqların həlli istiqamətində tədbirlər görmək; Şirkət daxili nizam intizam pozuntularına nəzarət etmək və intizam pozuntuları aşkarlandıqda sənədləşdirmək; Şirkət və ona tabe olan müəssisələrdə proseslərin monitorinqində iştirak etmək; Cəmiyyətin fəaliyyətinin daxili qayda və siyasətlərinin hazırlanmasında iştirak etmək və proseslərin mövcud qayda və siyasətlərin tələblərinə uyğunluğunu yoxlamaq; Daxili proseslərin optimallaşdırılması və effektivləşdirilməsi üçün təkliflər vermək; Cəmiyyətin proseslər üzrə risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsində iştirak etmək; Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını həyata keçirmək. Namizədə tələblər: Təhsil : Maliyyə, Mühasibat uçotu və Audit və ya İqtisadiyyat üzrə ali təhsil. İş təcrübəsi:  Maliyyə, daxili nəzarət, gəlirlərə nəzarət (İncome auditor) və ya audit üzrə 1-3 il iş təcrübəsi;  Hoteldə iş təcrübəsi; Bilik və Bacarıqlar: Mühasibat uçotu və hesabatlıq üzrə yüksək biliklər;  Hotel əməliyyatlari və riskləri barədə yüksək biliklər; Mübahisə və problemlərlə qarşılaşan zaman yerində həll etmə bacarığı; MS Ofis proqram paketi üzrə bilik və bacarıqlar ( xüsusilə MS Excel proqramı üzrə yüksək biliklər); İscala, Opera və digər PMS sistemləri üzrə bilik və bacarıqlar; Biznes proseslərin təşkili və strukturu üzrə biliklər (xidmət və istehsalat sahəsi); Kompüter bilikləri: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;  ERP proqram təminatında işləmək bacarığı; Dil bilikləri:        Azərbaycan dili – sərbəst; Rus və ya ingilis dili – yaxşı səviyyədə; Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.