Yüklənir...
Location: Bakı
Əsas vəzifə öhdəlikləri: Debitor və kreditor borclar üzrə aylıq,rüblük üzləşmə aktlarının hazırlanması, göndərilməsi və təsdiqlənməsinin izlənməsi; Debitor və kreditor borcların analizi, qalıqların dəqiqliyinin yoxlanılması; Uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması üçün əlaqədar şöbələrlə işləmək; Rəhbərliyə dövri hesabatlar və analitik məlumatların təqdim olunması; Audit yoxlamaları üçün tələb olunan üzləşmə sənədlərinin hazırlanması. Tələb olunan bilik və bacarıqlar: Microsoft Office biliklərinin olması (əsasən MS Excel); Vergi və mühasibat uçotu sahəsində biliklər; Analitik düşüncə və detallara diqqət; Komanda ilə işləmə bacarığı və məsuliyyətlilik. Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri: Ali təhsil ( mühasibatlıq, maliyyə və ya iqtisadiyyat ixtisası üzrə ); Minimum 6 ay iş təcrübəsi. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 09:00-18:00; İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Şirkət hesabına nahar; Şirkət hesabına korporativ nömrə; Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kreditorlar üzrə kiçik mühasib” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.