Yüklənir...
Location: Bakı şəhəri
Əsas vəzifə öhdəlikləri: Yeni məhsulların sistemə daxil edilməsi, məhsul üzrə master data məlumatlarının (SKU, barkod, ölçü, kateqoriya və s.) yaradılması, yenilənməsi və idarə olunması; Alış və satış qiymətlərinin, eləcə də kampaniya qiymətlərinin sistemdə düzgün və vaxtında əks olunmasına nəzarət; Məlumatların dəqiqliyinin, tamlığının və vahidliyinin təmin edilməsi; dublicate SKU-lar, yanlış barkodlar, səhv qiymət və kateqoriya xətalarının aşkarlanması və aradan qaldırılması; Master Data komandası üzvlərinin işinin təşkili, nəzarəti, inkişafı və effektiv idarə olunması; Sistemlərarası məlumat uyğunsuzluqlarının izlənməsi və aradan qaldırılması; Kommersiya, Satış, Logistika və IT komandaları ilə koordinasiyanın təmin edilməsi; Master Data üzrə hesabatların hazırlanması; Master Data istiqaməti üzrə daxili biznes proseslərinin qurulması, sənədləşdirilməsi və təkmilləşdirilməsi. Tələb olunan bilik və bacarıqlar: MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmə bacarığı; Analitik düşünmə, detallara diqqət və proseslərin təkmilləşdirilməsi bacarığı; Komanda idarəetmə və effektiv kommunikasiya bacarığı; Məsuliyyətlilik, sistemli yanaşma və nəticəyönümlülük. Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri: Ali təhsil(müvafiq ixtisas üzrə); Təcrübə - 3 il(müvafiq sahə üzrə); Rəhbər vəzifədə təcrübə - minimum 1il. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 09:00-18:00; İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Şirkət hesabına nahar; Şirkət hesabına korporativ nömrə. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “ Master data üzrə bölmə rəhbəri” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Müraciət maili cv@tamstore.az