Yüklənir...
Location: Bakı
Avtomatika Mühəndisi vakansiyası üzrə komandamıza yeni üzv axtarırıq! Tələblər: Ali texniki təhsil (Elektrik mühəndisliyi, Avtomatika və ya əlaqəli sahələr üzrə); PLC, SCADA və digər avadanlıqlar ilə işləmə. Sənaye cihazları və avtomatlaşdırılmış istehsal sistemlərinin idarə olunması. Sistemlərin optimallaşdırılması və performansının artırılması. Avtomatika layihələrinin planlaşdırılması, test edilməsi və dəstəklənməsi. Elektrik layihələrinin oxunması, dizaynı və proqram təminatında (AutoCAD, və s.) işləmək bacarığı; Elektrik paylayıcı sistemləri, şit qurğuları və kabelləşmə üzrə biliklər; Ölçmə cihazları və elektrik test avadanlıqları (multimetr, izolyasiya test cihazı və s.) ilə işləmə bacarığı; Azərbaycan dilində sərbəst, ingilis və ya rus dillərini bilmək üstünlükdür; Minimum 1 müvafiq sahədə iş təcrübəsi; Vəzifələr: Elektrik və avtomatika sistemlərin layihələndirilməsi, quraşdırılması və texniki dəstəyi; Qurğuların və avadanlıqların diaqnostikası və nasazlıqların aradan qaldırılması; Texniki sənədlərin hazırlanması və idarə olunması; Layihə çərçivəsində texniki məsələlərin koordinasiyası və müştəri ilə əməkdaşlıq. Biz nə təklif edirik? Peşəkar və öyrədici iş mühiti; Karyera inkişafı və yeni texnologiyalarla işləmək imkanı; Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; İş şəraiti İş yeri: Bakı İş rejimi: Tam ştat Əməkhaqqı: Razılaşma yolu ilə. Müraciət üçün CV-nizi “Avtomatika Mühəndisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.