Elektronika Mühəndisi - Technocare MMC

Location: Bakı

Tələblər: Ali texniki təhsil (Elektronika və ya əlaqəli sahələr üzrə); Elektrik/elektronika layihələrinin oxunması, dizaynı və proqram təminatında (AutoCAD, Proteus, Eagle və s.) işləmək bacarığı; Elektron sxemləri oxumaq və analiz etmək bacarığı; Elektronika komponentləri və onların iş prinsipləri barədə biliklər; Ölçmə cihazları və elektrik test avadanlıqları (multimetr, osiloskop və s.) ilə işləmə bacarığı; Yüksək səviyyədə lehim bacarığı (SMD elementlərlə iş təcrübəsi üstünlükdür); İngilis dili biliyi (Rus dili biliyi üstünlükdür); Minimum 1-2 il müvafiq sahədə iş təcrübəsi. Vəzifələr: Sənaye cihazlarının elektronika kartlarının təmiri və quraşdırılması; Sənaye cihazları ilə sahədə işləmək; Texniki sənədlərin hazırlanması və aparılması; Layihə çərçivəsində texniki məsələlərin koordinasiyası və müştəri ilə əməkdaşlıq; Nasaz elektronika dövrələrinin kartlarının sxemlərinin çıxarılması Biz nə təklif edirik? Peşəkar və öyrədici iş mühiti; Karyera inkişafı və yeni texnologiyalarla işləmək imkanı; Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; İş şəraiti İş yeri: Bakı İş rejimi: Tam ştat Əməkhaqqı: Razılaşma yolu ilə. Müraciət üçün CV-nizi “Elektronika Mühəndisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.