Yüklənir...
Location: Bakı
“A+CO” ASC “Maliyyə üzrə təcrübəçi” vəzifəsi üzrə işçi axtarışı elan edir. Vəzifə öhdəlikləri: Maliyyə üzrə gündəlik əməliyyatların icrasında iştirak. Debitor və kreditor üzrə əməliyyatların yoxlanılması. Bank qalıqlarının uçot əməliyyatları ilə yoxlanılması. İstehsal əməliyyatlarinin yoxlanılması. Tələblər: Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya Menecment); MS Office proqramlarından, xüsusilə MS Excel-dən yaxşı səviyyədə istifadə bacarığı; Dil bilikləri: Azərbaycan dili sərbəst (ingilis və ya rus dili bilməsi üstünlükdür); Rəqəmlərlə işləmək bacarığı, analitik düşüncə, detallara diqqət, məsuliyyət və komandada işləmək bacarığı. İş şəraiti: Təcrübə proqramı ödənişlidir (təcrübəçiyə əməkhaqqı ödəniləcək) İş yeri: Xırdalan şəhəri; 5/7 iş qrafiki; Nahar və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə üzrə təcrübəçi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.