Yüklənir...
Location: Bakı
Mühasibat və vergi xidmətləri göstərən komandamıza istehsalat uçotu üzrə təcrübəli Baş mühasib axtarırıq. Əsas vəzifələr: Mühasibat uçotunun qurulması, əvvəlki dövrlər üzrə sənədlərin təhlili və uçotun bərpasının təşkili; ERP sisteminin tətbiqində iştirak, ilkin qalıqların müəyyənləşdirilməsi və sistemə daxil edilməsinə nəzarət; Xammal, material, hazır məhsul və anbar uçotunun təşkili; İstehsal xərclərinin uçotu və məhsulun maya dəyərinin hesablanması; Bank, kassa, alış-satış, debitor və kreditor əməliyyatlarının uçotuna nəzarət; Əməkhaqqı hesablamalarının və vergi, statistika, digər məcburi hesabatların düzgün hazırlanmasının və təqdim edilməsinin təmin edilməsi; Ayın bağlanması, maliyyə hesabatlarının və rəhbərlik üçün aylıq məlumatların hazırlanması; İnventarizasiyanın təşkili və uçot məlumatları ilə faktiki qalıqların üzləşdirilməsi; Mühasib və mühasib köməkçisinin işinin bölüşdürülməsi və yoxlanılması; Vergi məsələləri üzrə məsləhətçi ilə koordinasiya və tələb olunan sənədlərin hazırlanması. Namizədə tələblər: Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil; Mühasibatlıq sahəsində ən azı 5 il, baş və ya aparıcı mühasib kimi ən azı 2 il iş təcrübəsi; İstehsalat uçotu və maya dəyərinin hesablanması üzrə praktiki təcrübə; Mühasibat və vergi qanunvericiliyini yaxşı bilmək; 1C və ya digər ERP proqramlarında işləmək, Excel-dən sərbəst istifadə etmək; Uçotun sıfırdan qurulması və ya bərpası üzrə təcrübə; Komandanı idarə etmək, işi planlaşdırmaq və hesabat müddətlərinə riayət etmək bacarığı. Sement və ya digər tikinti materiallarının istehsalı sahəsində təcrübə, həmçinin Peşəkar Mühasib Sertifikatı üstünlükdür. İş şəraiti: Aylıq əməkhaqqı: 2300-2500 Azn (gross), iş həcmindən asılı olaraq bonuslar nəzərdə tutulur Tam iş günü; Mühasib və mühasib köməkçisindən ibarət komanda ilə iş; İş yeri: “Acon Tax and Accounting” MMC, Bakı şəhəri, 8 noyabr prospekti, Azure Business Center İş qrafiki: həftənin 5 günü, saat: 09:00 - 17:30 Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.