Yüklənir...
Location: Bakı
Çap və promo məhsulların hazırlanması üzrə komandamıza yaradıcı və məsuliyyətli Qrafik Dizayner axtarırıq. Vəzifə öhdəlikləri Müxtəlif çap və promo məhsulları üçün dizaynların hazırlanması Müştəri sifarişlərinə uyğun dizaynların hazırlanması və redaktəsi Dizaynların çapa hazırlanması Sosial media və reklam üçün vizual materialların hazırlanması Mövcud dizaynların müştəri tələblərinə uyğun dəyişdirilməsi Dizaynların texniki çap tələblərinə uyğun hazırlanmasına nəzarət Satış və istehsal komandası ilə koordinasiyalı işləmək Bir neçə sifarişin eyni vaxtda düzgün planlaşdırılması və icrası Namizədə tələblər Bəy və xanım namizədlər 18–30 yaş aralığı Qrafik dizayn sahəsində praktiki təcrübə CorelDRAW, Adobe Photoshop və Adobe Illustrator proqramlarında işləmə bacarığı Çap və promo məhsullarının hazırlanma prosesini bilmək Ölçü, rezolyusiya, rəng rejimi və faylların çapa hazırlanması barədə anlayış Kompozisiya, rəng və tipoqrafiya üzrə yaxşı zövq Kreativ düşüncə və detallara diqqət Müştəri istəyini düzgün anlayaraq dizayna tətbiq etmək bacarığı Operativ və məsuliyyətli olmaq Komandada işləmək bacarığı Verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək Çap və promo məhsulları sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir. İş şərtləri İş günləri: Həftə içi 6 gün İş saatları: Bazar ertəsi–Cümə: 09:00–18:00, Şənbə: 10:00–16:00 Əmək haqqı: 600 AZN İş sahəsi: Çap və promo məhsullar Dinamik və inkişaf yönümlü iş mühiti Maraqlanan şəxslərdən xahiş olunur ki, CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə “Qrafik dizayner” başlığı ilə təqdim etsinlər.