Böyük Mühasib - Azmaş Lizinq MMC

Location: Bakı

Şəhər, ünvan -  Bakı şəhəri, Qaradağ ray., Salyan şossesi ev 1 Əmək funksiyası Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi uçotunun aparılması və vergi öhdəliklərinin icrasının təmin edilməsi; Vergilər ilə bağlı gündəlik tapşırıqların yerinə yetirilməsi (Onlayn Kargüzarlığın, məktubların, Kameral məktubların yoxlanılması və Vergilər Nazirliyinə cavablandırılması); Bütün vergi növlərinin (Mənfəət vergisi, ƏDV, ÖMV, Torpaq, Əmlak, Muzdlu işlə əlaqədar vergilər və s.) qanunvericiliklə müəyyən edilmiş müddətlərdə düzgün hesablanmasını hazırlanmasını və təqdim edilməsini təmin etmək; Vergi Məcəlləsində baş verən dəyişiklikləri izləmək və onların tətbiqi barədə rəhbərliyi məlumatlandırmaq. Kameral və səyyar vergi yoxlamaları zamanı tələb olunan məlumat və sənədləri hazırlamaq və təqdim etmək. Vergi risklərini müəyyən etmək, təhlil etmək və onların minimuma endirilməsi üçün təkliflər hazırlamaq. Debitor və kreditor əməliyyatlarının vergi uçotu baxımından düzgün aparılmasına nəzarət etmək. İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının dəqiq formalaşdırılması  Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alışı, istismara verilməsi, yerinin dəyişdirilməsi, təmir xərclərinin kapitallaşdırılması və silinməsi əməliyyatlarının əməliyyat sistemində dərhal və dəqiq əks etdirmək; ƏV üzrə amortizasiya xərclərini hesablamaq; Əsas vəsaitlərin dövri inventarizasiya prosesində iştirak etmək, nəticələri təhlil etmək və kənarlaşmaları mühasibatlıq sistemində əks etdirmək. Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələr, ezam və digər ödənişlərin qanunvericiliyə uyğun hesablanmasına nəzarət etmək. Vergi hesablaşmalarını maliyyə uçotu məlumatları ilə mütəmadi uzlaşdırmaq. 1C və ERP sistemlərində vergi uçotunun qurulması və düzgün aparılmasına nəzarət etmək. Vergi uçotu üzrə daxili hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək. Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları icra etmək. Namizədə tələblər 24-45 yaş arası Ali təhsil (mühasibat uçotu, maliyyə); Vergi Məcəlləsini bilməli; 1C proqramında 2-3 il iş təcrübəsi Müvafiq sahədə 2-3 ildən az olmayan iş təcrübəsi; Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı; Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı; Komandada işləmək bacarığı; Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı  İş şəraiti  Həftədə 5 gün saat 09:00 – 17:00 Nahar şirkət tərəfindən təmin olunur Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin olunacaq Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .