Su təchizatı və kanalizasiya sistemləri üzrə mühəndis - Bakı Dövlət Layihə İnstitutu

Location: Bakı

Namizədə tələblər: Ali təhsil (müvafiq sahədə); Mühəndis vəzifəsində iş təcrübəsi, 1-3 il; Dil bilikləri : Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur; Kompüter bilikləri - MS Office, AutoCAD; BİM layihələrində iştirakı arzuolunandır;  İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı. Vəzifə öhdəlikləri: Su və kanalizasiya sistemlərinin layihələndirilməsi, layihə-smeta sənədlərinin hazırlanması; Layihələndirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələndirmə proqram paketindən  istifadə etməsi; Layihələrin təqvim üzrə planlamasını yerinə yetirməsi; Layihə-smeta sənədləri üzrə podratçı təşkilatlardan rəylərin alınması, iradların aradan qaldırılması və müvafiq qurumlarda  layihənin müdafiəsini təmin etməsi; Spesifikasiyaların və iş həcmlərinin hazırlanması; Daxili və xarici sistemlər, yanğın söndürmə sistemləri üzrə bilik və bacarıqlar. Su sərfi üzrə hesabatların aparılması. İş barədə məlumat: İş qrafiki : 09:00-18:00,  həftə içi 5 gün; Əmək haqqı: 1000-1500 AZN. İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir.     Namizədlərdən xahiş olunur ki, CV-lərini uyğun ixtisas başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.