Fasad mühəndisi - Baku City Residences

Location: Bakı

İş yeri: Bakı şəhəri İşin xarakteri: Bu vakansiya 4-5 ay müddətinə nəzərdə tutulub və daimi xarakter daşımır, xidməti müqavilə olacaq. Tələblər Memarlıq mühəndisliyi, inşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi Building envelope sistemləri, şüşə və alüminium fasad mühəndisliyi, fasadlar üçün struktur yük hesablamaları, istilik və su izolyasiyası detalları, yerli və beynəlxalq tikinti normaları (ASTM, EN, BS) Fasad mühəndisliyi və obyektdə quraşdırma nəzarəti sahəsində ən azı 5 il müvafiq təcrübə (kommersiya, yaşayış, otel təyinatlı tikinti layihələrində) AutoCAD, MS Office və struktur/fasad analiz proqramlarını (məs., Strand7, RFEM və ya oxşarı) yaxşı bilmək Fasad materiallarının sınaqdan keçirilməsi, struktur mühəndisliyinin əsasları və mürəkkəb memarlıq detallaşdırılması üzrə dərin anlayış Güclü obyekt yoxlama bacarıqları və subpodratçılar və məsləhətçilərlə texniki müzakirələri idarə edə bilmək Fasadın texniki detallaşdırılması və struktur analizin dəqiqliyi Vaxtın idarə edilməsi Komanda işi və effektiv ünsiyyət Əsas vəzifə öhdəlikləri Fasad sistemləri (pərdə divarları, struktur şüşələmə, üzlük və dam pəncərələri) üçün texniki layihə cizgilərini, hesablamaları və spesifikasiyaları hazırlamaq, yoxlamaq və qiymətləndirmək Fasad elementlərinin obyektdə quraşdırılmasını, struktur möhkəmliyini, su keçirməzliyini və istilik göstəricilərini layihə standartlarına uyğunluq baxımından yoxlamaq Texniki fasad qovşaqlarını və layihə uyğunsuzluqlarını həll etmək üçün obyekt memarları, struktur mühəndisləri və podratçılarla sıx əlaqə saxlamaq Podratçıların təqdimatlarını (submittals), material nümunələrini, istehsal (shop) cizgilərini və maket (mock-up) test nəticələrini nəzərdən keçirmək Obyektdə keyfiyyətə nəzarət (QA/QC) yoxlamaları aparmaq və ətraflı texniki yoxlama hesabatları hazırlamaq Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .