Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri Filialın gündəlik inzibati fəaliyyətinin təşkilində iştirak etmək; Filiala daxil olan müştəriləri qarşılamaq və yönləndirmək; Müştərilərin müraciətlərini qəbul etmək və aidiyyəti üzrə yönləndirmək; Müştərilərə məhsul, xidmət və filialın iş prinsipləri barədə ilkin məlumat vermək; Telefon zənglərini qəbul etmək və müvafiq şəxslərə yönləndirmək; Filial üzrə sənədləşmə və gündəlik inzibati işləri həyata keçirmək; İşçilərin davamiyyətinə və iş intizamına nəzarətdə iştirak etmək; Filialda səliqə və daxili qaydalara riayət olunmasına nəzarət etmək; Məhsul və satış sahəsinin ümumi görünüşünün şirkət standartlarına uyğunluğunu izləmək; Filialın ehtiyacları ilə bağlı rəhbərliyə məlumat vermək; Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək; Müştəri məmnuniyyətinin təmin olunmasına və şirkətin xidmət standartlarının qorunmasına dəstək olmaq. Namizədə tələblər Ali təhsil; Administrator və ya müştəri xidməti sahəsində ən azı 3 il iş təcrübəsi mütləqdir; Yüksək ünsiyyət və təqdimat bacarığı; Müştəriyönümlü və nəzakətli davranış; Təşkilatçılıq və operativlik; Məsuliyyətli, intizamlı və operativ qərar qəbul etmək bacarığı; Azərbaycan dilində səlis danışıq; Rus dili və ingilis dilini yaxşı səviyyədə bilmək; MS Office proqramlarında işləmək bacarığı; İş şəraiti Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə Peşəkar komanda İnkişaf və karyera imkanları Elektronika sahəsində peşəkar inkişaf imkanı İş yeri: ByTelecom MMC İş rejimi: 6 günlük iş qrafiki Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir. Maraqlanan namizədlər öz CV-lərini Mövzu hisssəsində “Administrator” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.