Yüklənir...
Location: Bakı
Tələblər: Azərbaycan dilini mükəmməl bilmək; Rus və ya ingilis dillərindən ən azı birini bilmək; Korporativ sahədə ən azı 1 il iş təcrübəsi; Yüksək ünsiyyət və komandada işləmək bacarığı; MS Office proqramlarından və internet resurslarından sərbəst istifadə bacarığı; Stresli vəziyyətlərdə işləmək və operativ qərar qəbul etmək bacarığı; İşgüzar yazışmaların və sənədlərin hazırlanması bacarığı (görüş hesabatları, müştəri yazışmaları, rəsmi məktublar və s.); Rəsmi geyim qaydalarına riayət etmək. İşin təsviri: Təşkil olunan tədbirlər barədə üzv şirkətlərin vaxtında məlumatlandırılması və şirkətlərin rəhbər şəxslərinin tədbirlərdə iştirakının təmin edilməsi; Üzv şirkətlər barədə çap və onlayn resurslarda yerləşdirilməsi üçün zəruri məlumatların toplanması və hazırlanması; Yeni layihələr və kommersiya təklifləri barədə üzv şirkətlərə məlumatların təqdim edilməsi; Müvafiq üzv şirkətlərə əlavə xidmətlərin təqdim edilməsi və satışının həyata keçirilməsi; Görülmüş işlər və nəticələr barədə rəhbərliyə mütəmadi hesabatların hazırlanması və təqdim edilməsi; Departament müdiri ilə razılaşdırılmış digər funksiyaların icrası. Şərtlər: Rəsmi əmək müqaviləsi; İş rejimi: 5 günlük iş həftəsi, 09:00–18:00; Əmək haqqı: 500–700 AZN; KPI sistemi tətbiq olunur və nəticələrə əsasən əlavə bonuslar nəzərdə tutulur. CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən məktubun mövzu hissəsində “CRM” qeyd etməyiniz xahiş olunur.