Formen - Caspian İndustrial Construction MMC

Location: Bakı

“Caspian İndustrial Construction” MMC vakansiya elan edir! Vəzifə öhdəlikləri: Layihə rəhbəri və Sahə rəisinin verdiyi tapşırıqları icra etmək; Verilən tapşırıqları işçi briqadalarına çatdırmaq və işlərin icrasını təşkil etmək; Tikinti işlərinin layihə və texniki tələblərə uyğun aparılmasına nəzarət etmək; İşçilər arasında iş bölgüsü aparmaq və gündəlik iş prosesini təşkil etmək; İşlərin müəyyən edilmiş qrafikə uyğun yerinə yetirilməsinə nəzarət etmək; Görülən işlərin keyfiyyətinə nəzarət etmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik və SƏTƏM tələblərinə əməl olunmasını təmin etmək; Material və avadanlıqlardan düzgün istifadəyə nəzarət etmək; İş prosesində yaranan problemlər barədə Sahə rəisi və Layihə rəhbərinə məlumat vermək; Gündəlik görülən işlər barədə hesabat təqdim etmək. Namizədə tələblər: Tikinti sahəsində Formen və ya briqadir vəzifəsində  3-5 il iş təcrübəsi; Tikinti işlərinin təşkili və işçi briqadalarının idarə edilməsi bacarığı; Layihə və texniki sənədlərlə işləmək bacarığı; İş intizamına və təhlükəsizlik qaydalarına ciddi riayət; Məsuliyyətli, operativ və komandada işləmək bacarığı. İş şəraiti: İş yeri: Sumqayıt İş qrafiki: 6 günlük iş rejimi Nahar: Təmin olunur Əmək müqaviləsi: Rəsmi rəsmiləşdirmə Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək. Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Formen” qeyd edərək  Müraciət et  düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər