Hüquqşünas - City Service Company

Location: Bakı

Yeni tikinti layihəmizə “ Hüquqşünas ” dəvət edirik. Əsas vəzifə öhdəlikləri: Tikinti şirkətinin və ya departamentinin hüquqi təminatı prosesini həyata keçirir;  Baş podrat, subpodrat, layihələndirmə, təchizat və xidmət müqavilələrini hazırlayır, hüquqi ekspertizadan keçirir və razılaşdırır; Tikinti layihələri üzrə texniki tapşırıqları, əlavə və dəyişiklikləri yoxlayır, hüquqi riskləri əvvəlcədən qiymətləndirib rəhbərliyə rəy təqdim edir; Müqavilə şərtlərinin icrasına hüquqi nəzarət edir, pozuntuları aşkar edir və operativ tədbirlər görür; Sifarişçilər, podratçılar və dövlət qurumları ilə yaranan mübahisələrdə, cərimə, gecikmə və ya fors-major hallarında hüquqi mövqe hazırlayır, danışıqlarda dəstək göstərir; Tikinti fəaliyyəti üçün tələb olunan lisenziyaların, icazələrin və digər sənədlərin alınması prosesini hüquqi cəhətdən müşayiət edir; Dövlət qurumları və digər təşkilatlarla hüquqi məsələlər üzrə yazışmaların aparılması; Məhkəmə və digər hüquqi proseslərdə şirkətin maraqlarının qorunması; İş barədə məlumatlar:  İş qrafiki: 5 günlük iş həftəsi, 2 gün istirahət; İş saatı: 09:00-18:00; Nahar şirkət tərəfindən təqdim olunur; Əmək haqqı: 1200-1500 AZN. İş yeri: Səbail rayonu Namizədə tələblər:  Hüquq üzrə ali təhsil. Tikinti sektorunda və ya mülki hüquq sahəsində minimum 2-3 il iş təcrübəsi. Şəhərsalma və tikinti qanunvericiliyi, mülki və əmək qanunvericiliyi, müqavilə hüququ üzrə biliklər.  MS Office proqramlarını yaxşı səviyyədə bilmək; Məsuliyyətli, problem həlletmə və analitik düşünmə qabiliyyəti; Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd edərək [email protected] elektron ünvanına göndərə və ya (+99450) 226 11 39 nömrəsi ilə əlaqə saxlaya bilər.