Yüklənir...
Location: Bakı
Şirkət: “Hotels Qrup” MMC İş yeri: “FLY INN Baku” mehmanxanası Nəyi bilməlidir: Azərbaycan dili yüksək səviyyədə, rus və ingilis dil bilikləri arzuolunandır. Nəyi bacarmalıdır: Yazılı, şifahi ünsiyyət və düşünmə bacarığı; Təşəbbüskarlıq, operativlik və punktuallıq; Microsoft Office (Excel-sərbəst) proqramlarını istifadə etmək bacarığı. Xüsusi tələblər: Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq; Anbardar vəzifəsində, minimum 1 il iş təcrübəsi; Anbar uçotu və sənədləşmə qaydalarını bilmək üstünlükdür; Fiziki işə uyğunluq; Yaş həddi: 25-40 yaş. Gözlənilən davranışlar: Yeniliklərə açıq olmaq; Eyni vaxtda bir neçə işi məhdud zaman çərçivəsində operativ yerinə yetirmək bacarığı; Komandada işləyəbilmək bacarığına sahib olmaq. İş şəraiti: İş qrafiki: birnövbəli (beşgünlük) iş qrafiki; Azərbaycan Respublikası ƏM-nə müvafiq sənədləşmə; Nahar şirkət tərəfindən təmin edilir; İşçilər üçün servis şirkət tərəfindən təmin edilir (Koroğlu, Binə və Mərdəkan istiqamətində); Vəzifə öhdəliyi: Baş mühasib tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək; Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək; Yükləri anbara qəbul edərkən, faktiki miqdarını eləcə də məhsulun vəziyyətini yoxlamaq; Anbara verilən sorğuları vaxtı-vaxtında və tam şəkildə cavablandırmaq; Malların anbara səliqəli və müvafiq qaydalara uyğun şəkildə yığılmasını təmin etmək; Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək; Gündəlik məhsul hərəkətinin uçotunun aparılması; Anbarda sayımlar aparmaq. Qeyd olunan tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “ Anbardar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.