Binaların idarəedilməsi və istismarı üzrə koordinator - Foton

Location: Bakı

Nə təklif edirik? Könüllü tibbi siğorta (ailə paketi); “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük; İşçinin inkişafı üçün təlim, tədris proqramları.  İşin təsnifatı: Təhkim olunduğu bina və villaların  idarə edilməsi; Binaların idarə edilməsi və xidmət işinin təşkili ilə əlaqədar  tabeçiliyində olan texniki, bağban  və təmizlik işçilərinə  tapışırıqlar vermək, icrasına nəzarət etmək; Binalarda gedən proseslər, müxtəlif idarələrdən binalara göndərilən nümayəndələr  haqqında rəhbərliyi vaxtında və düzgün məlumatlandırmaq; Bina ərazisində texniki xidmətə aid sənədləri tələb olunan qaydada tərtib etmək; 1C proqramı vasitəsi ilə tələb olunan mal-material və servislərin sifarişlərin verilməsi və icrasına nəzarət; Hər ayın sonunda ay ərzində görülən işlərin hesabatını hazırlamaq; Binalarda istifadə olunan su, qaz və elektrik sərfiyyatına nəzarət etmək; Tabeçiliyində olan heyətin davamiyyəti və nizam-intizamına daim nəzarət etmək. Tələblər: İdarəetmə sahəsi üzrə ali təhsil və biliklər; Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; Komanda ilə işləmək bacarığı; Microsoft Word, Excel proqramlarını bilməli; Yüksək təşkilatçılıq bacarıqları. İş şəraiti: İş rejimi: 5 günlük  İş yeri: Naftalan şəhəri İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir. Xahiş olur CV-lərinizi ” koordinator ” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.