Location: Bakı
Nə təklif edirik? “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük; Könüllü tibbi sığorta (ailə paketi); Peşəkar komanda ilə işləmək fürsəti; İşçinin inkişafı üçün təlim və tədris proqramları. İşin təsnifatı: Aylıq və rüblük maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək; Təşkilati bölmələr üzrə büdcə performansını izləmək, fərqləri təhlil etmək və aylıq hesabatlar hazırlamaq; Mühasibat əməliyyatlarını nəzərdən keçirmək və onların müvafiq tələblərə uyğunluğunu yoxlamaq; Hesabatlılıq və analitik proseslərin effektiv həyata keçirilməsi məqsədilə digər struktur bölmələrlə əməkdaşlıq etmək; Daxili idarəetmə hesabatlarının hazırlanmasını və təhlilini həyata keçirmək. Tələblər: Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat sahəsi üzrə ali təhsil; Maliyyə planlaşdırılması, təhlili və hesabatlılıq sahəsində minimum 2 il iş təcrübəsi; MHBS (IFRS) üzrə biliklər, ACCA FA və FR imtahanlarının uğurla tamamlanması; MS Office proqramları, xüsusilə MS Excel üzrə yaxşı iş bacarıqları; 1C proqramı ilə iş təcrübəsi arzuolunandır; Güclü analitik düşünmə qabiliyyəti. İş şəraiti: İş rejimi: 5 günlük; İş yeri: Bakı şəhəri. CV-lərinizi “ Maliyyə üzrə mütəxəssis ” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.