Location: Bakı
Öhdəliklər: Masaların xidmət üçün hazırlanması, operativ və nəzakətli xidmətin təmin edilməsi; Qonaqlara menyuları təqdim etmək və menyu elementləri ilə bağlı aydın təsvirlər və izahlar vermək, sualları cavablandırmaq və ya tövsiyələr vermək; Seçim qabağı dəqiq qeydlərin aparılması, operativ şəkildə və nəzakətlə qonaqların sifariş etdiyi qida və içkilərin təqdim olunması; Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək; Qida və içki menyularını dəqiq bilmək, qonaqlara seçim zamanı əhatəli məlumat vermək; Mətbəxə və bara sifarişlərlə bağlı aydın məlumat vermək, sifarişlərin qeydiyyatını restoran qaydalarına uyğun olaraq həyata keçirmək; Masaların təmizliyinə nəzarət etmək; Zalda masaların düzülüşü, təmizliyi və menyuların yerləşdirilməsi; Xidmət sahələri və ətraf ərazilərin təmiz və səliqəli olması üçün davamlı yoxlanışlar etmək; Servis alətlərinin və ləvazimatlarının tam və hazır olmasını yoxlamaq, əksikliklərin aradan qaldırılması; Qonaqların şikayətlərini və rəylərini nəzərə alaraq keyfiyyətin artırılması üçün tədbirlər görmək; Xidmət standartlarına (servis qaydaları, davranış mədəniyyəti, təqdimat tərzi və s.) əməl etmək; Şəxsi gigiyena qaydalarına, geyim formasına və müəssisədaxili intizam qaydalarına əməl etmək; Restoranın ümumi səliqə-sahmanına nəzarət etmək; Tələblər: Otel, restoran və ya F&B sahəsində iş təcrübəsi; Azərbaycan dilində sərbəst danışıq bacarığı; İngilis və Rus dili bilikləri səviyyə; Yüksək ünsiyyət və qonaqpərvərlik bacarıqları; Səliqəli xarici görünüş və nəzakətli davranış; Komandada işləmək bacarığı; Növbəli iş qrafikində işləməyə hazır olmaq; Məsuliyyətli, çevik və diqqətli olmaq; Fərdi keyfiyyət göstəriciləri: Ünsiyyətlilik; Müştəriyönümlülük Məsuliyyətlilik; Satış bacarıqlarının olması; Komandada işləmək bacarığı; Səlis nitq gülərüz təqdimat və ünsiyyət bacarığı Əlavə məlumat: Əmək haqqı: 600-650 (razılaşma yolu ilə ) Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; Həftədə 6 iş günü, 1 gün istirahət; Qidalanma və forma şirkət tərəfindən qarşılanması Ünvan: Nizami küç.77 (Tarqovu) Nana Restoran Vakansiya ilə marağlanan şəxslər CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya (051-277-79-99) Eldar bəy nömrəsi ilə əlaqə saxlaya bilərlər.