Kommersiya meneceri - Green Plant MMC

Location: Bakı

Yerinə yetirəcəyi işlər Müəssisənin kommersiya fəaliyyətinin təşkili və idarə edilməsini, satış, gəlir və mənfəətlilik üzrə müəyyən edilmiş hədəflərə nail olunmasını təmin edir. Kommersiya strategiyasının və satış planlarının hazırlanmasında iştirak edir, onların icrasına nəzarət edir və nəticələri təhlil edir. Yeni müştərilərin, biznes imkanlarının və potensial tərəfdaşların müəyyənləşdirilməsini, cəlb edilməsini və mövcud müştəri əlaqələrinin inkişaf etdirilməsini təmin edir. Bazarın, müştəri tələbatının, rəqiblərin və qiymət tendensiyalarının təhlilini həyata keçirir, yeni bazar və gəlir imkanlarını müəyyən edir. Məhsul və xidmətlər üzrə qiymət siyasətinin formalaşdırılmasında iştirak edir, qiymət, xərc, gəlirlilik və mənfəət marjasının təhlilini aparır. Müştərilər və biznes tərəfdaşları ilə kommersiya danışıqlarını aparır, əməkdaşlıq və müqavilə şərtlərinin razılaşdırılmasını və müqavilə öhdəliklərinin icrasına nəzarəti təmin edir. Kommersiya təkliflərinin, qiymət təkliflərinin, tender və müsabiqə sənədlərinin hazırlanmasını və aidiyyəti struktur bölmələri ilə razılaşdırılmasını təşkil edir. Satış, marketinq, maliyyə, satınalma, logistika və digər struktur bölmələri arasında kommersiya fəaliyyətinin səmərəli koordinasiyasını təmin edir. Satış, gəlir, kommersiya xərcləri və KPI göstəricilərini təhlil edir, mütəmadi hesabatlar, proqnozlar və kommersiya fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlayaraq rəhbərliyə təqdim edir. Kommersiya fəaliyyətində mövcud və potensial riskləri müəyyən edir, onların azaldılması, satış həcminin və gəlirliliyin artırılması, həmçinin yeni məhsul və xidmətlər üzrə biznes imkanlarının inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirir. Tələblər Biliklər Kommersiya və satış strategiyasının idarə edilməsi; Bazar və rəqib analizi; Qiymət və gəlirlilik analizi; Biznes inkişafı və müştəri portfelinin idarə edilməsi; Tender, kommersiya təklifləri və müqavilə idarəetməsi. Yumşaq bacarıqlar Strateji düşünmə Effektiv kommunikasiya və təqdimat bacarığı; Liderlik və təsiretmə bacarığı; Təşəbbüskarlıq; Komandada işləmək; Analitik düşünmə və problem həlli; Təhsil  - İqtisadiyyat, biznes idarə edilməsi, marketinq sahələri üzrə ali təhsil İş stajı  - Müvafiq sahə üzrə minumum 5 il iş təcrübəsi. Dil bilikləri  - Azərbaycan dili (əla),  ingilis və rus dilləri yaxşı səviyyədə Komyuter biliklər  - Microsoft Office (yaxşı), 1C və CRM proqramları üzrə biliklər İş şəraiti İş rejimi:  5 günlük, 09:00-18:00 İş yeri: Bakı Ezamiyyət: Ezamiyyətlərə gedə bilməli Əlavə imtiyazalar Korporativ nömrə Nahar Yeməyi Yanacaq limiti Tibbi sığorta Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .  (“Kommersiya meneceri” başlığı ilə göndərməyiniz xahiş olunur)