Mühasib - İnnovativ Layihələr Mərkəzi

Location: Bakı

Vəzifə öhdəlikləri: Müəssisənin bütün maliyyə və təsərrüfat əməliyyatlarını, o cümlədən mal və xidmətlərin alışı və satışını 1C proqram təminatına əlavə etmək; Bütün əməliyyatları uçot sistemində düzgün əks etdirmək və mühasibat hesabatlarının hazırlanması üçün əsas məlumat bazasını yaratmaq; Müəssisə tərəfindən həyata keçirilən alış və satış əməliyyatları üzrə elektron qaimə-fakturaları Dövlət Vergi Xidmətinin elektron portalında hazırlamaq və göndərmək; E-qaimə əməliyyatlarının 1C proqramında düzgün uçota alınmasını təmin etmək; Hesab-fakturaların sistemə düzgün daxil edilməsinə nəzarət etmək, uyğunsuzluqlar yarandıqda onları aradan qaldırmaq; Yerli və xarici ödənişləri icra etmək; Vergi kargüzarlıq sistemini mütəmadi yoxlamaq, daxil olan məktubları izləmək. Namizədə dair tələblər: Təhsil: Ali təhsil; Dil biliyi: İngilis dili biliyi; Təhsil: Maliyyə, mühasibat və iqtisadiyyat üzrə ali təhsil. Mühasibat uçotu, Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə biliklər; Exceldə mürəkkəb funksiyalarla işləmə bacarığı;  1C proqramlarında sərbəst işləmək bacarığı; E-qaimə-faktura sistemi, E-taxes portalı, E-Tender, statistika portalları ilə işləmə bacarığı. Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə, pdf şəklində Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.