İngilis dili müəllimi - KNN Academy

Location: Bakı

  KNN Academy – rəsmi Cambridge English Preparation Centre, IELTS IDP center olaraq komandamıza peşəkar, enerjili və tədrisə həvəsli İngilis dili müəllimi axtarır. Vəzifə öhdəlikləri Müxtəlif yaş və səviyyə qrupları üçün ingilis dili dərslərinin keçirilməsi; Uşaqlar, yeniyetmələr və böyüklərlə effektiv tədris prosesinin təşkili; Tələbələrin səviyyəsinə və ehtiyaclarına uyğun dərs planlarının hazırlanması; Cambridge English proqram və standartlarına uyğun tədrisin həyata keçirilməsi; Müasir, kommunikativ və interaktiv tədris metodlarından istifadə; Tələbələrin Speaking, Listening, Reading və Writing bacarıqlarının paralel şəkildə inkişaf etdirilməsi; Tələbələrin bilik və inkişaf səviyyəsinin mütəmadi olaraq qiymətləndirilməsi; Test, tapşırıq və əlavə tədris materiallarının hazırlanması; Tələbələrin dərs prosesində aktiv iştirakının və motivasiyasının təmin edilməsi; Akademiyanın tədris standartlarına və proqramına uyğun fəaliyyət göstərilməsi. Namizədə tələblər İngilis dilini yüksək səviyyədə bilmək (minimum C1 səviyyəsi üstünlükdür); İngilis dilinin tədrisi üzrə iş təcrübəsinin olması; Müxtəlif yaş qrupları ilə işləmək bacarığı; Güclü kommunikasiya və təqdimat bacarıqları; Məsuliyyətli, punktual, səbirli və öyrətməyə həvəsli olmaq; Müasir və interaktiv tədris metodlarından istifadə bacarığı; Tələbələrlə pozitiv və motivasiyaedici ünsiyyət qurmaq bacarığı; Cambridge English imtahanlarına hazırlıq təcrübəsi üstünlük hesab olunur; CELTA, TKT, TESOL, TEFL və digər beynəlxalq müəllimlik sertifikatlarının olması üstünlükdür. İş şəraiti İş yeri: KNN Academy İş qrafiki: Full time Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müəyyən edilir. (Minimum 600-1200 Azn) Peşəkar və inkişaf yönümlü iş mühiti; Rəsmi Cambridge English Preparation Centre-də işləmək və beynəlxalq tədris standartları üzrə təcrübə qazanmaq imkanı. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini “İngilis dili müəllimi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərlər. Əlaqə nömrəsi : 050 234 36 46