Yüklənir...
Location: Bakı
Təsvir Məhkəmələrlə mütəmadi əlaqələrin saxlanılması və müvafiq məsələlərin operativ şəkildə koordinasiya edilməsi; İddia ərizələrinin hazırlanması, yoxlanılması və zəruri düzəlişlərin edilməsi; Məhkəmə qərarları və qətnamələr üzrə müvafiq düzəlişlərin həyata keçirilməsi; Məhkəmə sənədlərinin hazırlanması, sistemləşdirilməsi və aidiyyəti üzrə təqdim edilməsi; Məhkəmə qrafiklərinin gündəlik hazırlanması, yenilənməsi və müvafiq şəxslərə vaxtında təqdim edilməsi; Məhkəmə iclaslarının tarix və saatlarının izlənilməsi, proseslərdə iştirakın vaxtında təmin edilməsi; Məhkəmə proseslərinin gedişatına nəzarət edilməsi və nəticələr barədə müvafiq məlumatların toplanması; Məhkəmə işləri üzrə sənədlərin və məlumatların mütəmadi yenilənməsi və arxivləşdirilməsi; Məhkəmə prosesləri ilə bağlı yaranan məsələlərin operativ həll edilməsi və aidiyyəti struktur bölmələrlə koordinasiyanın təmin edilməsi; Məhkəmə işləri üzrə son tarixlərin izlənilməsi və müvafiq sənədlərin vaxtında hazırlanmasının təmin edilməsi; Məhkəmə işləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi. İş şəraiti: İş qrafiki: Həftənin I–V günləri tam iş günü, şənbə günü qısa iş günü; Əmək haqqı: 800 AZN (Gross); İş yeri: 20 Yanvar metrosu yaxınlığı, Moskva prospekti 73A. Tələblər Hüquq üzrə ali təhsil; Microsoft Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı; Yüksək ünsiyyət və təşkilatçılıq bacarığı; Müstəqil qərar qəbul etmək və operativ həll yolları tapmaq bacarığı; Stressə davamlılıq, diqqətlilik və məsuliyyətlilik; Komanda ilə işləmək bacarığı; Punktuallıq və işgüzar etikaya riayət etmək; Hüquqi sənədlərlə işləmək bacarığı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.