İnsan Resursları üzrə menecer - Merkuri BOKT

Location: Bakı

“Merkuri” Bank Olmayan Kredit Tə ş kilat ı “İnsan Resursları üzrə menecer” vakansiyas ı üçün müsabiq ə y ə d ə v ət edir. Vəzifə öhdəlikləri Təşkilatın ümumi strategiyasına uyğun İnsan Resursları strategiyasının hazırlanması və həyata keçirilməsi; HR komandasına rəhbərlik edilməsi, iş bölgüsünün aparılması və fəaliyyətin əlaqələndirilməsi; Təşkilati strukturun, ştat cədvəlinin və vəzifə təlimatlarının hazırlanmasına və təkmilləşdirilməsinə nəzarət; İşçi ehtiyacının müəyyənləşdirilməsi, kadr planlamasının aparılması və müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi; İşə qəbul və seçim proseslərinin, o cümlədən müsahibələrin keçirilməsi və namizədlərin qiymətləndirilməsinin effektiv idarə olunması; Yeni əməkdaşların adaptasiya və sınaq müddətinin qiymətləndirilməsi prosesinin təşkili və nəzarət olunması; Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq kadr kargüzarlığının, kadr uçotunun və sənədləşmə proseslərinin düzgün təşkil edilməsinə nəzarət; Əmək müqavilələrinin bağlanılması və dəyişdirilməsi, məzuniyyət, ezamiyyət, iş vaxtının uçotu və xitam proseslərinə nəzarət edilməsi; Kadr axıcılığı, davamiyyət, işə qəbul müddəti, əməkdaşların məhsuldarlığı və digər İR göstəricilərinin təhlil edilməsi, nəticələr üzrə tədbirlər planının hazırlanması; Əməkdaşların təlim və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, illik təlim planının hazırlanması və icrasının təşkili; Karyera inkişafı və əsas vəzifələr üzrə əvəzetmə planlarının hazırlanması; Korporativ mədəniyyətin inkişaf etdirilməsi və motivasiya proqramlarının həyata keçirilməsi; Anonim məmnunluq sorğularının keçirilməsinə nəzarət, nəticələrin təhlili və təkmilləşdirmə tədbirlərinin hazırlanması; Əmək intizamına və daxili intizam qaydalarına riayət olunmasına nəzarət edilməsi; HR prosesləri üzrə risklərin müəyyənləşdirilməsi və onların minimuma endirilməsi üçün tədbirlərin görülməsi; HR siyasət və prosedurlarının hazırlanması, mütəmadi yenilənməsi və tətbiqinə nəzarət edilməsi; HR fəaliyyəti üzrə aylıq, rüblük və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi. Tələblər İnsan resurslarının idarə edilməsi, biznesin idarə edilməsi, hüquq və ya əlaqəli sahə üzrə ali təhsil; İnsan Resursları sahəsində minimum 5 il iş təcrübəsi; Azərbaycan Respublikasının əmək qanunvericiliyini dərindən bilmək və praktiki tətbiq bacarığı; Kadr kargüzarlığı və əmək münasibətlərinin idarə olunması sahəsində güclü praktiki biliklər; İşə qəbul, performansın qiymətləndirilməsi, motivasiya, təlim və inkişaf sistemləri üzrə təcrübə; Liderlik, komandanı idarəetmə, planlaşdırma və qərarvermə bacarıqları; Yüksək ünsiyyət, təqdimat, danışıqlar aparmaq və münaqişələri həll etmək qabiliyyəti; Məsuliyyətlilik, obyektivlik, məxfilik və yüksək peşə etikası; Maliyyə, bank və ya bank olmayan kredit təşkilatında İnsan Resursları üzrə iş təcrübəsi; Hazır cv formalarınızı Mövzu/Subject bölməsinə “HR menecer” qeyd edərək   Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.