Satıcı Ekspeditor (Gəncə) - Novator HRC

Location: Bakı

Novator HRC təmizlik vasitələri, dezinfeksiya məhsulları və təmizləmə avadanlıqlarının satışını genişləndirdiyi üçün Gəncə üzrə komandasına motivasiyalı Satıcı Ekspeditor axtarır. Bu vəzifə B2B satış fəaliyyətini əhatə edir və restoranlar, kafelər, ofislər və digər obyektlərlə işləməyi nəzərdə tutur. Şirkətin mövcud müştəri portfeli var, eyni zamanda yeni müştərilərin cəlb edilməsi də gözlənilir. Vəzifələr Məhsulların müştərilərə təqdimatı və satışı Gəncə və ətraf rayonlarda müştəri ziyarətlərinin həyata keçirilməsi və məhsulların çatdırması  Sifarişlərin toplanması və qeydiyyatının aparılması Mövcud müştərilərlə münasibətlərin qorunması və inkişaf etdirilməsi Yeni müştərilərin cəlb olunması Satış nəticələri üzrə hesabatların təqdim edilməsi İş şərtləri Əmək haqqı: 900 AZN (net) + bonus Yanacaq xərcləri qarşılanır Avtomobil amortizasiya xərcləri (dövri) qarşılanır Həftədə 1 gün istirahət Şirkət tərəfindən məhsul və satış üzrə təlimlər Real karyera inkişafı imkanı Stabil müştəri portfeli və dəstəkləyici komanda Tələblər Korporativ satış (B2B) sahəsində minimum 1 il iş təcrübəsi Şəxsi avtomobil və sürücülük vəsiqəsi Azərbaycan dilində sərbəst danışıq (Rus dili arzuolunandır) Yüksək ünsiyyət və təqdimat bacarığı Məsuliyyətli, nizamlı və aktiv olmaq Gəncə və Gəncə ətrafı rayonlarda işləməyə hazır olmaq Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .