Yüklənir...
Location: Bakı
Marketinq strategiyası, kampaniya koordinasiyası və müştəri layihələrinin idarə edilməsi Vəzifənin məqsədi OmniMark və müştəri layihələrinin marketinq fəaliyyətlərini biznes məqsədləri ilə əlaqələndirmək; bazar insight-ları əsasında strategiya və kampaniya planları hazırlamaq, kreativ, rəqəmsal, media və satış yönümlü fəaliyyətləri koordinasiya edərək ölçülə bilən nəticələr yaratmaq. Əsas vəzifə öhdəlikləri Müştərilərin biznes məqsədlərini, hədəf auditoriyasını və bazar mövqeyini təhlil edərək aylıq, rüblük və kampaniya əsaslı marketinq planları hazırlamaq. İnteqrə olunmuş marketinq kampaniyalarını konseptdən icraya qədər planlamaq və koordinasiya etmək; digital, social media, ATL/BTL, PR və satış fəaliyyətlərini vahid məqsəd ətrafında birləşdirmək. Kreativ, dizayn, foto-video, rəqəmsal marketinq və media komandaları üçün nəticəyönümlü brief-lər hazırlamaq və icra keyfiyyətinə nəzarət etmək. Müştərilərlə strateji və gündəlik kommunikasiya aparmaq, ehtiyacları müəyyənləşdirmək, təklifləri təqdim etmək və razılaşdırılmış fəaliyyətlərin vaxtında icrasını təmin etmək. Kampaniya büdcələrini, timeline-ları və deliverable-ları planlamaq; resursların effektiv istifadəsinə və deadline-lara nəzarət etmək. Brend mövqeləndirməsi, kommunikasiya mesajları, kampaniya ideyaları, satış təklifləri və müştəri journey-si üzrə təkmilləşdirmə təklifləri hazırlamaq. Trafik, lead, conversion, engagement, CPL/CPA və digər əsas göstəriciləri izləmək, nəticələri təhlil etmək və marketinq qərarlarında istifadə etmək. Satış komandası ilə lead keyfiyyəti, satış funnel-i, CRM istifadəsi və kampaniyaların kommersiya nəticələrinə təsirini təhlil etmək. Rəqib, bazar və istehlakçı araşdırmaları aparmaq; yeni trendləri və growth imkanlarını müəyyənləşdirmək. Müştəri hesabatları, təqdimatlar və növbəti dövr üçün fəaliyyət planları hazırlamaq; lazım olduqda yeni biznes təkliflərində iştirak etmək. Namizədə tələblər Marketinq, reklam, kommunikasiya və ya əlaqəli sahədə minimum 3 il praktik iş təcrübəsi; agentlik təcrübəsi üstünlükdür. Marketinq strategiyası, kampaniya planlaması və layihə koordinasiyası üzrə güclü praktiki bilik. Digital marketinq, sosial media, performance reklam, kontent və media planlamanın əsas prinsiplərini yaxşı anlamaq. ATL/BTL, branding, promo və digər inteqrə olunmuş marketinq alətləri üzrə işlək bilik. Müştəri ilə işləmək, brief toplamaq, təqdimat keçirmək və müxtəlif stakeholder-ləri koordinasiya etmək bacarığı. Büdcə, timeline və iş planı ilə işləmək; bir neçə layihəni paralel idarə etmək və prioritetləşdirmək bacarığı. Analitik düşüncə və marketinq göstəricilərini biznes nəticələri ilə əlaqələndirmək bacarığı. PowerPoint/Google Slides və Excel/Google Sheets proqramlarında yüksək səviyyədə işləmək bacarığı. Azərbaycan dilində yüksək səviyyədə kommunikasiya; ingilis dili yaxşı səviyyədə, rus dili isə üstünlükdür. Şəxsi keyfiyyətlər Strateji və icrayönümlü düşüncə. Güclü kommunikasiya, təqdimat və stakeholder idarəetmə bacarığı. Proaktivlik, məsuliyyət və problem həll etmə yanaşması. Detalçılıq, deadline intizamı və təşkilatçılıq. Komanda işi, çeviklik və nəticəyə fokuslanmaq bacarığı. Üstünlük hesab ediləcək təcrübə Daşınmaz əmlak, təhsil, retail, xidmət və ya B2B layihələrində marketinq təcrübəsi. CRM, lead management və satış funnel-ları ilə işləmək təcrübəsi. Agentlik mühitində bir neçə müştəri və kampaniyanı paralel idarə etmək təcrübəsi. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .