Helpdesk Təcrübəçisi (Helpdesk Intern) - Rabalon

Location: Bakı

Departament/Şöbə: İnformasiya Texnologiyaları Departamenti Vəzifə öhdəlikləri: İlkin İT Dəstəyi: Şirkətin daxili istifadəçilərinə texniki məsələlər üzrə ilkin İT dəstəyinin göstərilməsi. Sorğuların İdarə Edilməsi: Daxil olan sorğuların ManageEngine ServiceDesk Plus (Ticketing/ITSM) sistemi üzərindən qəbul edilməsi, qeydiyyata alınması və idarə olunması. Texniki Problemlərin Həlli: Kompüter avadanlıqları (Hardware), proqram təminatı (Software) və əsas şəbəkə problemlərinin diaqnostikası və həllində iştirak etmək. Sənədləşdirmə: Yaranan texniki problemləri və onların həlli yollarını sistemdə düzgün sənədləşdirmək. İstifadəçi Dəstəyi: Şəbəkə və əməliyyat sistemləri ilə bağlı gündəlik daxil olan texniki müraciətləri operativ şəkildə yönləndirmək və həll etmək. Namizədə dair tələblər: Təhsil: İnformasiya Texnologiyaları, Kompüter Mühəndisliyi və ya əlaqəli sahələr üzrə ali təhsil. Dil Bilikləri: Azərbaycan və İngilis dillərini yaxşı bilmək, sərbəst danışıq bacarığı (xarici resurslarla işləmək və yazışmalar üçün mütləqdir). Rus dilinin olması arzu olunandır. Texniki Biliklər: Windows əməliyyat sistemi və kompüter avadanlıqları haqqında əsas biliklər; Şəbəkə üzrə əsas anlayışlar (IP, DNS, DHCP, LAN/Wi-Fi); Active Directory haqqında əsas biliklər. Şəxsi Keyfiyyətlər: Yaxşı kommunikasiya və komanda ilə işləmək bacarığı, problemləri analiz etmək yetənəyi, öyrənməyə böyük həvəs və yeni texnologiyalara maraq. Üstünlük verilməkdədir: Helpdesk və ya İT Support üzrə ilkin təcrübə və ya təcrübə proqramlarında iştirak; Ticketing/ITSM sistemləri haqqında ümumi anlayış; ManageEngine məhsulları ilə tanışlıq. İş şərtləri və Şirkət tərəfindən təklif olunur: Əmək haqqı: Müsahibə zamanı bildiriləcək (bilik və təcrübəyə uyğun); İş saatları: 09:00 - 18:00; Nahar fasiləsi: 13:00 - 14:00; İstirahət günləri: Şənbə və bazar; İT sahəsində peşəkar komandada real layihələr üzərində təcrübə qazanmaq imkanı; Uğurlu təcrübə müddətindən sonra komandada daimi işə götürülmə şansı; Şirkət tərəfindən təmin olunan nahar; Korporativ nömrə və danışıq limiti. Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Helpdesk Intern” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Vacib qeydlər: CV və ya Resumelərdə əmək haqqı gözləntisi mütləq qeyd edilməlidir . Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. Ünvan: 152 Heydar Aliyev avenue, Chinar Plaza Əlaqə: +994 50 261 35 50