Yüklənir...
Location: Bakı
İş şəraiti İş yeri: Sham-Fi International Trading Company Ünvan: Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, Babək prospekti və Y.Əliyev küçəsinin kesişməsində yerləşən City Park AVM- nin 6-cı mərtəbəsi İş rejimi: Tam iş günü Vəzifənin əsas məqsədi Müəssisədə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasını təmin etmək, əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin qorunması üzrə qanunvericiliyin və daxili qaydaların tələblərinə riayət olunmasına nəzarət etmək. Əsas vəzifə öhdəlikləri Müəssisədə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək; İş yerlərində mütəmadi yoxlamalar aparmaq, təhlükəli və zərərli amilləri müəyyən etmək və riskləri qiymətləndirmək; Aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı qabaqlayıcı və düzəldici tədbirlər hazırlamaq; İşçilərə əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və digər təhlükəsizlik qaydaları üzrə təlimatlandırmalar keçirmək; Yeni işə qəbul olunan əməkdaşların ilkin, eləcə də dövri təlimatlandırılmasını təşkil etmək; İstehsalat və digər bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək, müvafiq hesabat və sənədləşməni aparmaq; Fərdi mühafizə vasitələrindən düzgün istifadə olunmasına nəzarət etmək; Yanğın təhlükəsizliyi və fövqəladə hallara hazırlıq tədbirlərinin həyata keçirilməsində iştirak etmək; SƏTƏM üzrə tələb olunan sənədləri, jurnalları, aktları və hesabatları hazırlamaq; Müvafiq dövlət qurumlarının yoxlamalarına hazırlıq və tələb olunan sənədlərin təqdim edilməsində iştirak etmək. Namizədə dair tələblər Ali təhsil (əməyin mühafizəsi, texniki təhlükəsizlik, mühəndislik, ekologiya və ya digər uyğun sahələr üzrə); SƏTƏM sahəsində minimum 3-5 il iş təcrübəsi; Azərbaycan Respublikasının əmək qanunvericiliyi, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə normativ-hüquqi aktlar haqqında biliklər; Risklərin qiymətləndirilməsi, təhlükələrin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin hazırlanması bacarığı; Yanğın təhlükəsizliyi və fövqəladə hallarla bağlı biliklər; Əməyin mühafizəsi üzrə təlimatların və sənədlərin hazırlanması bacarığı; MS Office proqramlarında işləmək bacarığı; Güclü ünsiyyət, təşkilatçılıq və analitik düşünmə qabiliyyəti; Komandada işləmək və təşəbbüskarlıq bacarığı. Üstünlük hesab olunur ISO 45001 (Əməyin sağlamlığı və təhlükəsizliyi) standartı üzrə bilik və təcrübə; ISO 14001 (Ətraf mühitin idarə edilməsi) standartı üzrə biliklər; SƏTƏM üzrə peşəkar təlim və sertifikatların olması; Pərakəndə satış, ticarət mərkəzi, istehsalat və ya iri obyektlərdə iş təcrübəsi. Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “SƏTƏM mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.