Satış üzrə Konsultant (Xaricdə Təhsil) - S&Ko Student

Location: Bakı

İş şəraiti Ünvan: Bakı şəhəri, Çinar Park Biznes Mərkəzi İş qrafiki: Həftədə 5 tam iş günü + Şənbə günü (Yarım iş günü) Maaş: Fix Maaş + Bonus (Yüksək qazanc imkanı) İşin Təsviri: Daxil olan müştəri sorğularını cavablandıracaq, tələbə və valideynlərlə peşəkar kommunikasiya quraraq satış prosesini tamamlayacaq Satış Konsultantları axtarırıq. Vakansiya üzrə əsas fokus aktiv satış və müqavilələrin bağlanmasıdır. Əsas Öhdəliklər: Şirkət tərəfindən hər gün reklamdan gələn yeni müştərilərə vaxtında zəng etmək və məlumat vermək; Ofis daxilində potensial müştərilərlə görüşlər keçirmək, onlara uyğun təhsil istiqamətlərini (Avropa, Çin, Amerika, Kanada və s.) təqdim etmək; Müştərilərin etirazları ilə peşəkar şəkildə işləmək və xidmət müqaviləsinin bağlanmasını təmin etmək; Şirkətin satış hədəflərini vaxtında yerinə yetirmək. Namizədə dair tələblər: Satış sektorunda (Xaricdə təhsil, dil kursları, turizm, bank/sığorta və s.) minimum 1 il uğurlu iş təcrübəsi; Azərbaycan dilində mükəmməl, aydın və inandırıcı danışıq qabiliyyəti (Rus və ya İngilis dili bilikləri üstünlükdür); Yüksək kommunikasiya bacarığı, müştəri psixologiyasını anlama və satışı bağlamaq xarakteri; Komandada işləmək bacarığı və yüksək öyrənmə sürəti (Xaricdə təhsil proqramları işə qəbuldan sonra daxili treninqlərlə öyrədiləcək). Biz nə təklif edirik? Hazır Müştəri Axını: Soyuq zənglər yoxdur, şirkət sizi hər gün reklamdan gələn real və isti müştəri bazası ilə təmin edir; Yüksək satış performansı üçün cəlbedici bonus sistemi; Müasir və rahat ofis mühiti (Çınar Park Biznes Mərkəzi). Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində "Satış Konsultantı" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.