Location: Bakı
İş yeri: Bakı şəhəri İş rejimi: Tam iş günü Vəzifə haqqında İT sahəsində satış təcrübəsi olan, korporativ müştərilərlə işləmək və kibertəhlükəsizlik həllərinin satışını həyata keçirmək istəyən namizədləri müraciət etməyə dəvət edirik. Əsas vəzifə öhdəlikləri Yeni korporativ müştərilərin cəlb edilməsi və biznes əlaqələrinin qurulması; Potensial müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun kibertəhlükəsizlik həllərinin təqdim edilməsi; Müştərilərlə görüşlərin və məhsul təqdimatlarının keçirilməsi; Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi; Satış prosesinin bütün mərhələlərinin idarə olunması və müştərilərlə müntəzəm əlaqənin saxlanılması; Mövcud müştərilərlə əməkdaşlığın inkişaf etdirilməsi və yeni satış imkanlarının müəyyənləşdirilməsi; Satış hədəflərinə nail olunması və müştəri məmnuniyyətinin təmin edilməsi. Namizədə dair tələblər İT sahəsində satış təcrübəsi; B2B satış və korporativ müştərilərlə iş bacarığı; Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı; Müştəri ehtiyaclarını təhlil etmək və uyğun həllər təklif etmək bacarığı; Nəticəyönümlülük, təşəbbüskarlıq və məsuliyyətlilik; Komandada işləmək və müstəqil fəaliyyət göstərmək bacarığı; Yeni texnologiyaları öyrənməyə və biliklərini inkişaf etdirməyə həvəs. Üstünlük hesab olunur: Kibertəhlükəsizlik həlləri, proqram təminatı və ya digər İT məhsullarının satışında təcrübə; Korporativ müştərilərlə uzunmüddətli işgüzar münasibətlərin qurulması üzrə təcrübə. Təklif olunur Sabit əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus sistemi; Məhsul və həllər üzrə təlimlər; Texniki komandanın dəstəyi; Peşəkar inkişaf və karyera imkanları. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.