Gömrük Rəsmiləşdirilməsi üzrə Mütəxəssis - SR Logistics and Transport LLC

Location: Bakı

SR Logistics and Transport MMC komandamıza məsuliyyətli, operativ və peşəkar Gömrük Rəsmiləşdirilməsi üzrə Mütəxəssis axtarır. Əsas vəzifələr: İdxal, ixrac, tranzit və digər gömrük prosedurları üzrə rəsmiləşdirmələrin həyata keçirilməsi; Gömrük bəyannamələrinin hazırlanması və elektron sistemlərə təqdim edilməsi; Qısa İdxal Bəyannamələrinin hazırlanması və nəzarəti; Malların XİF ƏN kodlarının müəyyən edilməsi və düzgün təsnifatının aparılması; İnvoice, Packing List, CMR, BL, mənşə sertifikatı, icazə və digər gömrük sənədlərinin yoxlanılması; Gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin müəyyənləşdirilməsində iştirak; Gömrük orqanları ilə yazılı və şifahi əlaqələrin aparılması; Gömrük orqanlarından yaranan sual, irad və problemlərin operativ həlli; Malların gömrükdən vaxtında və problemsiz buraxılmasının təmin edilməsi; Gömrük qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi; Müştərilər və logistika şirkətləri ilə operativ işgüzar yazışmaların aparılması; Gömrük rəsmiləşdirilməsi ilə bağlı hesabatların hazırlanması. Namizədə tələblər: Yaş: 25-35 Ali təhsil – logistika, iqtisadiyyat, beynəlxalq ticarət, gömrük və ya əlaqəli ixtisaslar; Gömrük rəsmiləşdirilməsi üzrə ixtisas attestatı – üstünlük/müvafiq vəzifələr üçün tələb olunur; Gömrük rəsmiləşdirilməsi sahəsində minimum 2 il iş təcrübəsi; Azərbaycan Respublikasının gömrük qanunvericiliyi üzrə yaxşı bilik; Gömrük prosedurları və gömrük bəyannamələrinin hazırlanması üzrə praktiki təcrübə; XİF ƏN kodlarının müəyyənləşdirilməsi və malların təsnifatı üzrə bacarıq; e-Gömrük və digər elektron gömrük sistemləri ilə işləmək bacarığı; MS Word, MS Excel və MS Outlook proqramlarından sərbəst istifadə; Gömrük sənədlərinin hazırlanması və yoxlanılması bacarığı; Rəsmi e-mail və işgüzar yazışma bacarığı; Azərbaycan dilində səlis yazılı və şifahi nitq; İngilis və/və ya rus dili biliyi üstünlükdür; Analitik düşüncə, operativ qərarvermə və problem həll etmə bacarığı; Diqqətli, məsuliyyətli və detallara həssas olmaq; Komandada işləmək bacarığı. Üstünlük veriləcək namizədlər Gömrük brokeri və ya logistika şirkətində iş təcrübəsi olan; Neft-qaz, sənaye və texniki avadanlıqların gömrük rəsmiləşdirilməsi üzrə təcrübəsi olan; Müxtəlif gömrük prosedurları və rejimləri üzrə praktiki biliyə malik olan; Gömrük orqanları ilə operativ iş və problemli yüklərin rəsmiləşdirilməsi təcrübəsi olan namizədlər. İş şəraiti İş qrafiki: 5 günlük İş yeri: Bakı, Qaradağ rayonu Şirkət tərəfindən Nahar və Nəqliyyat təmin olunur. Əmək haqqı: Namizədin bilik və iş təcrübəsinə əsasən müəyyən edilir. Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.