Yüklənir...
Location: Bakı
İş şəraiti İş qrafiki: I–VI günlər (Bazar günü – istirahət) Əməkhaqqı: 800 – 1200 AZN (namizədin nəzəri bilik və praktiki bacarıq səviyyəsinə əsasən müəyyən olunur) Ünvan: Bakı şəhəri Vəzifə Öhdəlikləri: Mühafizə-təhlükəsizlik, videomüşahidə və telekommunikasiya infrastrukturlarının montajı, inteqrasiyası və texniki sazlanması; IP və analoq əsaslı videomüşahidə (CCTV) sistemlərinin (NVR, DVR, analitik kameralar) quraşdırılması və şəbəkə konfiqurasiyası; Ünvanlı və konvensional yanğın xəbərdarlıq sistemlərinin (FAS) montajı, panel sazlanması və funksional sınaqdan keçirilməsi; Giriş-çıxışa nəzarət sistemləri (ACS), biometrik oxuyucular, domofon, turniket və şlaqbaumların quraşdırılması və proqramlaşdırılması; Mühafizə-həyəcan siqnalizasiya sistemlərinin (simli və simsiz sensorlar, idarəetmə panelləri) quraşdırılması və rabitə kanallarının sazlanması; Kommutasiya şkaflarının (rack cabinet) yığılması, patch-panellərin sonlandırılması və lokal şəbəkənin (LAN) fiziki infrastrukturunun testi; İcra olunmuş işlərin texniki tələblərə uyğun təhvil verilməsi. Tələblər: Texniki istiqamətdə (Elektronika, Avtomatika, IT və ya əlaqəli sahələr) təhsil və ya müvafiq sahədə ixtisaslaşma; Zəif axın və təhlükəsizlik sistemlərinin montajı və sazlanması üzrə minimum 1–2 il praktiki iş təcrübəsi; Baza şəbəkə bilikləri (TCP/IP, subnetting, marşrutlaşdırma və protokollar); Təhlükəsizlik avadanlıqlarının konfiqurasiya proqramları ilə işləmək bacarığı; Layihə çertyojlarını oxumaq və layihəyə uyğun xətlərin çəkilişini icra etmək bacarığı; Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmə məsuliyyəti. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə " Zəif Axın Sistemləri üzrə Mütəxəssis / Mühəndis" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər