İngilis dili müəllimi (Uşaq Bağçası) - West Kids

Location: Bakı

Vəzifə öhdəlikləri Bağçada uşaqlara İngilis dilinin tədrisi Uşaqlarla səbirli, qayğıkeş davranmaq və onları bir şəxsiyyət kimi qəbul etmək Uşaqların inkişafını izləmək, onların sosial və emosional bacarıqlarını dəstəkləmək Tədris planına uyğun olaraq təlimlər təşkil etmək və uşaqlarla əyləncəli dərslər keçmək Uşaqların asudə vaxtını səmərəli təşkil etmək Namizədə tələblər Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə pedaqoji təhsilə malik namizədlərə üstünlük verilir Müvafiq sahədə 1-2 il təcrübə Yaş həddi: 30-40 İngilis dilində səlist nitq qabiliyyətinə malik olmalıdır Yaradıcı olmalıdır, araşdırma aparmağa və özünü inkişaf etdirməyə hər zaman həvəsli olmalıdır Uşaqlarla işləməyə həvəsli və səbrli olmalıdır Kollektiv ilə işləməyi bacarmalı, məsuliyyətli və işinə qarşı intizamlı olmalıdır İş şəraiti Həftənin 5 günü Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun təyin ediləcək Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun sənədləşmə Namizədlərdən şəkilli CVlərini e-mailin mövzu hissəsində “İngilis dili müəllimi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.