Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: İllik maliyyə hesabatlarının beynəlxalq standartlar əsasında hazırlanması və onalara aid qeyd lərin formalaşdırılması; Kənar auditorlar və digər tərəflərlə davamlı və effektiv kommunikasiyanın təmin olunması; Maliyyə hesabatlarının təhlilinin aparılması, zəruri uyğunlaşma və yeniliklərinin tətbiqi, onların ümumi normalara uyğunluqlarının yoxlanılması və mövcud uyğunsuzluqların aradan qaldırılması; Mövcud və yeni nəşr olunmuş Beynəlxalq Maliyyə Hesabatı Standartlarının araşdırılması, təsirinin müəyyənləşdirilməsi və müvafiq təkliflərin irəli sürülməsi; Davamlı olaraq hesabatlılıq dövrünün səmərəliləşdirilməsi üçün vaxta və əməyə qənaət edilməsi üzrə tədbirlərin aparılması (məsələn, avtomatlaşdırma, hesabatlılıq paketləri və s.); Mühasibat uçotu siyasətinin davamlı baxılması, yenilənməsi və qiymətləndirilməsi; Müvafiq dövlət qurumlarına və rəhbərliyə təqdim olunacaq bütün növ hesabatların hazırlanması və təhlillərinin aparılması, zəruri məlumatların tələb olunan qaydada hazırlanaraq təqdim edilməsi; Büdcə planlama prosesisinin təşkilində, formalaşmasında, icrasında və büdcə, planlama təhlillərində iştirak. Namizədə olan tələblər: Maliyyə/mühasibatlıq, iqtisadiyyat üzrə ali təhsil; Maliyyə, Hesabatlılıq, Büdcələmə sahələrində 4 il iş təcrübəsi ERP sistemləri (SAP, 1 C 8.2, 8.3) və MS Office proqramlarında (o cümlədən MS Excel Macro) mükəmməl işləmə bacarığı Güclü analitik, təhlil etmə bacarıqları; Kommunikasiya və təqdimatların hazırlanması bacarıqları; Azərbaycan, ingilis və rus dillərinin yüksək səviyyədə biliyi; ACCA (F3, F7, F8), CİMA və digər maliyyə və hesabatlılıq yönümlü sertifikasiyaların olması. Komandada işləmə bacarığı, sürətli düşünmə, deadline-larla işləmə bacarığı, yeniliklərə açıq və öyrənməyə həvəsli İş şəraiti: Gündəlik tam iş günü rejimi İş vaxtı: 09:00-18:00 Tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsində “Maliyyə hesabatlılığı üzrə baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur.