B2B Satış Nümayəndəsi - Titan Group

Location: Bakı

İş yeri:  Binə qəsəbəsi Sahə:  İstehsalat Əmək haqqı:  Müsabiqə əsasında Vəzifə öhdəlikləri: Şirkətin istehsal etdiyi məhsulların korporativ müştərilərə (B2B) satışının təşkili; Yeni korporativ müştərilərin cəlb edilməsi və müştəri portfelinin genişləndirilməsi; Tikinti, sənaye və digər korporativ müəssisələrlə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi; Müştərilərlə görüşlərin keçirilməsi, məhsul təqdimatlarının edilməsi və kommersiya təkliflərinin hazırlanması; Müqavilələrin bağlanması prosesində iştirak etmək və satışın icrasını izləmək; Satış planının yerinə yetirilməsi və mütəmadi hesabatların hazırlanması; Bazarın və rəqiblərin təhlilini apararaq satış imkanlarını müəyyənləşdirmək. Tələblər: B2B satış sahəsində  3–5 il  iş təcrübəsi (istehsalat və ya tikinti sektorunda təcrübəyə üstünlük verilir); Ali təhsil; Azərbaycan dilini səlis bilmək, rus və ya ingilis dillərindən birini bilmək üstünlükdür; MS Office proqramlarında işləmək bacarığı; Güclü ünsiyyət, təqdimat və satış bacarıqları; Məsuliyyətli, nəticəyönümlü və komandada işləmək bacarığı; B kateqoriyalı sürücülük vəsiqəsinin olması üstünlükdür. Şirkət tərəfindən təmin edilir: Əmək haqqı  müsabiqə əsasında ; Nahar; Servis xidməti; Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə; Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .