Location: Bakı
İş şəraiti İş yeri: Müasir ofis – Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu İş qrafiki: Tam ştat Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək Vəzifə öhdəlikləri Potensial müştərilərlə peşəkar ünsiyyət qurmaq, onların ehtiyaclarını müəyyənləşdirərək uyğun daşınmaz əmlak layihələrini təqdim etmək; Şirkətin portfelində olan layihələr (mənzillər) haqqında dolğun, dəqiq və peşəkar məlumat vermək; Müştərilərin suallarını operativ və əsaslandırılmış şəkildə cavablandırmaq, layihələrin üstünlüklərini effektiv təqdim etmək; Satış planına və müəyyən edilmiş aylıq hədəflərə nail olmaq; Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının inkişaf etdirilməsi istiqamətində aktiv fəaliyyət göstərmək; Satış prosesini CRM sistemində düzgün idarə etmək və müvafiq hesabatları hazırlamaq; Müştəri məmnuniyyətini təmin etmək, satışdan sonrakı proseslərin koordinasiyasında iştirak etmək; Satış nəticələrinin artırılması üçün yeni ideya və təşəbbüslərlə çıxış etmək. Tələblər Satış sahəsində minimum 1-2 il iş təcrübəsi; Azərbaycan və Rus dilində səlis danışıq bacarığı; Rus dili biliyi üstünlük hesab olunur; MS Office proqramlarında sərbəst işləmək bacarığı; Güclü ünsiyyət, təqdimat və satış bacarıqları; Nəticəyönümlülük, məsuliyyətlilik və yüksək motivasiya; Komanda ilə effektiv işləmək bacarığı. Şirkət təklif edir Rəqabətqabiliyyətli əmək haqqı və yüksək bonus sistemi; Müasir və komfortlu iş mühiti; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Davamlı təlim və inkişaf proqramlarında iştirak imkanı; Güclü və dinamik komandanın üzvü olmaq imkanı. Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Satış Meneceri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.