Location: Bakı
Tələblər: Ali təhsil (İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi, Kompüter Elmləri və ya digər əlaqəli ixtisaslar üzrə); İnformasiya təhlükəsizliyi, risk idarəetməsi və komplayens (GRC) istiqamətində minimum 2-3 illik iş təcrübəsi; ISO/IEC 27001 standartı, İTİS (ISMS) prinsipləri və informasiya təhlükəsizliyi üzrə digər standartlar barədə biliklər; PCI DSS tələbləri və uyğunluq proseslərinə dair biliklər; Risklərin qiymətləndirilməsi və idarə olunması metodologiyaları üzrə praktiki bilik; Daxili/xarici audit proseslərində iştirak təcrübəsi; Təhlükəsizlik siyasəti, prosedur və digər normativ sənədlərin hazırlanması bacarığı; Analitik düşünmə, sənədləşdirmə və hesabat tərtibatı bacarıqları; MS Office proqram təminatından sərbəst istifadə bacarığı; İngilis dilində texniki sənədlərlə iş bacarığı; ISO 27001 Lead Implementer / Lead Auditor, PCI DSS və ya bənzər sertifikatların olması üstünlük hesab olunur. Vəzifə öhdəlikləri: Təşkilatın İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi (İTİS/ISMS) çərçivəsindəki fəaliyyətlərdə fəal iştirak; İnformasiya təhlükəsizliyi üzrə siyasət, prosedur, standart və digər normativ sənədlərinin hazırlanması və mütəmadi yenilənməsi; İnformasiya aktivləri üzrə risk qiymətləndirmə proseslərinin aparılması və risk idarəetməsi tədbirlərinə dəstək; ISO/IEC 27001 və digər aidiyyəti standartlara uyğunluğun daim izlənilməsi; PCI DSS uyğunluq tədbirlərinin planlaşdırılması və icra prosesində iştirak; Daxili auditlərin, komplayens yoxlamalarının və nəzarət tədbirlərinin keçirilməsində iştirak; Aşkarlanan uyğunsuzluqların qeydə alınması, düzəldici/qabaqlayıcı tədbirlərin icrasına nəzarət; Təchizatçı və üçüncü tərəflərin informasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsi prosesinə cəlb olunma; İnformasiya təhlükəsizliyi üzrə maarifləndirici təlim və tədbirlərin təşkilinə yardım; Audit, komplayens və risk idarəetməsi ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; Şöbə müdirinin tapşırıqları çərçivəsində əlaqəli digər vəzifələrin icrası. Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “ İşə Qəbul Portalı ”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.