Yüklənir...
Location: Bakı şəhəri
İş şəraiti İş yeri: Şirkətin ofisi; İş rejimi: 5 günlük iş həftəsi, iş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00 Rəqabətli əmək haqqı, mütəmadi artım və vəzifə artımı imkanları; Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı; Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı; Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı. Tələblər: Ali təhsil dərəcəsi (Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya vergi sahəsi üzrə); Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; Azərbaycanın vergi və mühasibat uçotu qanunvericiliyinə dair bilikləri praktiki səviyyədə bilməsi; PMS sertifikatınin olması; E-taxes,E-banking portalları ilə işləmək bacarığı 1C proqramı ilə işləmə bacarığı; MS Excel ilə işləmə bacarığı; Komanda və şöbə ilə koordinasiya şəkilində işləmə bacarığı; İşgüzar yazışma bacarığı; Azərbaycan dili — C2, Rus dili səviyyəsi C1 Vəzifə öhdəlikləri: Gələn qaimə və e-qaimələrin uçota alınması, yoxlanılması və ilkin sənədlərin hazırlanması Aylıq və rüblük vergi hesabatları üçün məlumatların düzgün hazırlanmasına nəzarət (ƏDV, HŞƏV, ÖMV və s.) Debitor borcların izlənməsi və müqavilə şərtlərinə uyğun vaxtında yığılmasına nəzarət Ödənişlərin icra edilməsi və köçürmələrin internet bankingdə düzgün aparılmasına nəzarət Müştəri ilə təşkilat arasındakı sənədlərin yoxlanması və ödənişlərlə bağlı vaxtında məlumat verilməsi Satış əməliyyatlarının icrası və uçotda düzgün əks etdirilməsinə nəzarət Sifarişçilər və tədarükçülərlə hesablaşmaların uçotda düzgün aparılmasına nəzarət Əsas vəsaitlər üzrə əməliyyatların aparılması Pul vəsaitlərinin hərəkətinin uçotda düzgün əks etdirilməsi Ayın bağlanması və aylıq maliyyə hesabatlarının hazırlanması İllik büdcənin hazırlanmasında iştirak İlkin sənədlərin qəbulunu və uçota hazırlanmasını təmin etmək Mühasibatlıq üzrə tender sənədlərinin hazırlanmasında iştirak Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət maili hr@urc.az