Location: Bakı
Vəzifə öhdəliyi: Maliyyə modulunun 1C ERP sistemində düzgün qurulması və test proseslərində iştirak etmək; Maliyyə əməliyyatlarının sistemdə düzgün əks olunmasına nəzarət etmək; Profilaktik yoxlamalar zamanı aşkar olunan uyğunsuzluqları müəyyənləşdirmək və aidiyyəti şəxsləri məlumatlandırmaq; Maliyyə modulu üzrə uçot strukturlarında (hesablar planı, kataloqlar, parametrlər və sazlamalar) asistentlik göstərmək; Sistem istifadəçilərinə maliyyə modulu üzrə funksional dəstək vermək; Modul üzrə təqdimat və təlim materiallarının hazırlanmasında iştirak etmək; Maliyyə modulu üzrə sənədləşmənin (təlimatlar, proses təsvirləri və s.) hazırlanması və yenilənməsini təmin etmək; Modulun inkişafı və təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək. Tələblər: Ali təhsil (Maliyyə, Mühasibat uçotu, Biznes informatikası və ya əlaqəli sahələr); 1C ERP sistemlərində cavabdeh olduğu modullar haqqında ilkin biliklər; Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (C1); rus dili üzrə B1 səviyyəsi; ingilis dili üstünlükdür; MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı səviyyədə işləmək bacarığı; Dəqiqlik, analitik düşüncə və hesabatlarla işləmək bacarığı; Məsuliyyətli və sistematik iş yanaşması; Komandada və müstəqil şəkildə işləmək bacarığı İş şəraiti: İş yeri: Şirkətin ofisi; İş rejimi: 5 günlük iş həftəsi, iş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00 Rəqabətli əmək haqqı, mütəmadi artım və vəzifə artımı imkanları; Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı; Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı; Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.