Anbardar (istehsalat sahəsi üzrə) - Uğur İndustry MMC

Location: Bakı

“UĞUR İNDUSTRY” MMC Anbardar (istehsalat sahəsi üzrə) vakansiyası elan edir: Anbardar (istehsalat sahəsi üzrə) İş yeri: Xırdalan şəhəri Namizədə tələblər: Müvafiq sahə üzrə ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat); MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı), Unity Logo-arzuolunandır; Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; Diqqətli, çevik və məsuliyyətli olmalı; Təhlil və analiz etmə qabiliyyətli olmalı; Kollektivdə işləmək bacarığı olmalı; Əsas vəzifə öhdəlikləri: Anbar əməliyyatlarına dair uçot və hesabatların aparılmasının təmin edilməsi; Bütün xammal, hazır məhsul, mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında mövcud olmasının təmin edilməsi, istisnalar barədə dərhal mühasibatlığın məlumatlandırılması; Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal-materialların təyin edilməsi və onlar barədə müvafiq izahatların mühasibatlığa təqdim edilməsi; Hazır məhsul, xammal, mal-materialın qəbulu və anbardan buraxılmasının təşkil edilməsi; Hazır məhsul anbar fəaliyyəti ilə əlaqədar mədaxil, məxaric və yerdəyişmə əməliyyatları ilə bağlı sənədlərin tərtibatı, arxivləşdirilməsi; Tərəziyə daxil olan gündəlik giriş-çıxışlara nəzarət edilməsi, zavoda daxil olan xammalların tərəzi ilə yoxlanılması; Anbardar köməkçiləri və avtokar operatorlarının fəaliyyətinin koordinasiya edilməsi; Yüklənmək üçün zavoda daxil olan nəqliyyat vasitələrinin qəbul edilməsi və yüklənmiş nəqliyyat vasitələrinin sənədlərinin hazırlanmasının təmin ediməsi; Aylıq hazır məhsul, xammal və tərəzi hesabatlarının hazırlanması nın təmin edilməsi; Gündəlik satış məlumatları hesabatlarının hazırlanmasının təmin edilməsi; Düzgün stoklanmaya nəzarət edilməsi və Anbar sahəsindən səmərəli istifadə edilməsi; İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi; Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsi; Təminatlar: Nahar ilə təmin edilir. Korporativ nömrə ilə təmin edilir; İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən); Əmək haqqı: Razılaşma əsasında təyin olunur; Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “ Anbardar (istehsalat sahəsi üzrə)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt   ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.