Location: Bakı
İş yeri: Qax rayonu Komandamızı genişləndirmək məqsədilə həm təcrübəli, həm də peşəkar inkişaf etmək istəyən gənc aqronomları komandamıza dəvət edirik. Vəzifə öhdəlikləri İstehsal sahələrində aqrotexniki tədbirlərin icrasında iştirak etmək; Bitkilərin inkişafını mütəmadi izləmək və müşahidələr aparmaq; Xəstəlik və zərərvericilərin monitorinqini həyata keçirmək; Gübrələmə, bitki mühafizəsi və suvarma proqramlarının icrasına nəzarət etmək; Gündəlik sahə hesabatlarını hazırlamaq; Rəhbərlik tərəfindən verilən digər aqronomik tapşırıqları yerinə yetirmək. Namizədə tələblər Aqronomiya, Bağçılıq və ya digər müvafiq ixtisas üzrə ali təhsil; Meyvəçilik və ya gərzəkli bitkilər sahəsində biliklərə malik olmaq; Təcrübəli namizədlərə üstünlük verilir; Təcrübəsi olmayan, lakin peşəsini inkişaf etdirmək istəyən yeni məzunlar da müraciət edə bilərlər; Analitik düşünmə və məsuliyyətli iş yanaşması; Komandada işləmək bacarığı; İş şəraiti İş yeri Qax rayonunda yerləşir. Namizədin daimi olaraq Qax rayonunda yaşaması və ya işə qəbul olunduqdan sonra Qax rayonuna köçməsi tələb olunur. Qax və ətraf rayonlarda yaşayan namizədlərə üstünlük veriləcək. Əməkhaqqı - Namizədin bilik və təcrübə səviyyəsinə uyğun olaraq müsahibə nəticəsində müəyyən ediləcək. İş rejimi: Tam ştat Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .