Memar - Uni Ko QSC

Location: Bakı

Və zifə ö hdə liklə ri: Layihələri hazırlayarkən tikinti normativlərinə əsasən işləmək; Tikinti üçün zəruri olan texniki təsvirlər, spesifikasiyalar və digər sənədlərin hazırlanması; Hazırlanan sənədlərin sənədləşmə qaydalarına və standartlara uyğun olmasını təmin etmək; Bina və qurğular üçün funksional tələbləri, estetik üstünlükləri və büdcə məhdudiyyətlərini nəzərə almaqla memarlıq konsepsiyaları və planları yaratmaq; Tikinti işlərinin keyfiyyətini izləmək və onun dizayn spesifikasiyalarına və standartlarına cavab verdiyini təmin etmək; Tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək. Tələblər: Müvafiq sahə üzrə Ali təhsil (Memarlıq üzrə); Müvafiq sahədə 2 ildən çox iş təcrübəsi; Autocad və digər autodesk proqramlarını bilmək; Müştərilərin layihəyə olan ehtiyaclarını və gözləntilərini anlamaq üçün onlarla ünsiyyət qurmaq bacarığı; Rus dili və ingilis dili biliklərinə üstünlük verilir. Maraqlanan namizədlər  Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.