Mühafizəçi - ADA University

Location: Bakı

ADA Universiteti Qala qəsəbəsində yerləşən ADA İbtidai Məktəbinə tam ştatlı Mühafizəçi vakansiyası üzrə işçi qəbulu elan edir.  Qeyd edək ki, məkətəbə yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcəkdir. Vəzifə öhdəlikləri: Müəyyən olunmuş ərazidə nəzarət işlərinin yerinə yetirilməsi; Gündəlik iş zamanı meydana çıxacaq digər öhdəlikləri icra etmək. Məktəbin ərazisində müəyyən edilmiş giriş-çıxış postlarında keçidə nəzarət və elektron buraxılış sistemini tənzimləmək; Qorunan obyektə gələn şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin yoxlanılması, qarşılanması və istiqamətləndirilməsi; Gələn qonaqların müvafiq kitabda və ya kompyuter sistemində qeydiyyatını, müvəqqəti buraxılış vəsiqələrinin verilməsini təmin etmək; Qorunan ərazidə patrul keşiyinin həyata keçirilməsini təşkil etmək; Əraziyə daxil olan və ərazidən çıxarılan əşyalara (mallara), açarların verilməsinə nəzarət və onların qeydiyyatını aparmaq; Poçt ilə göndərilən məktub və bağlamaların qəbul etmək və aidiyyatı üzrə çatdırmaq; Yanğından mühafizə təhlükəsizliyi tədbirləri ilə əlaqədar təlimatı yerinə yetirmək, yanğın təhlükəsi yarada biləcək şəraiti aşkar edib qarşısını almaq; Vacib qonaqların müşayiəti və nəqliyyat vasitələrinin yoxlanılmasını təmin etmək; Baş vermiş hadisələr barədə müvafiq kitabda qeydiyyatın aparılması, hər bir hadisə barədə rəhbərliyə yazılı (və ya şifahi) məlumat vermək; İş saatı və tədris prosesi bitdikdən sonra, tədris korpusları, sinif otqağları və qeyri-tədris məkanlarına baxış keçirmək. Ərazidə aşkarlanmış nasazlıqlar və sızmalar barədə  məruzə etmək; Birbaşa rəhbər tərəfindən tapşırılan digər aidiyyatı işləri yerinə yetirmək. Tələblər: Bakalavr dərəcəsi arzuolunandır; Punktual, məsuliyyətli və detallara diqqətli olmaq; Mühafizə sahəsində minimum 3 il iş təcrübəsi; Məxfiliyi qorumaq bacarığı; Komanda ilə işləmək bacarığı; Problemləri vaxtında aşkar etmək və mövcud təhlükəsizlik prosedurlarını təmin etmək bacarığı; Minimum başlanğıc səviyyədə ingilis dili biliyi arzuolunandır. Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “ Mühafizəçi ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.