Location: Bakı
Air Cargo MMC komandamıza məsuliyyətli, operativ və peşəkar Gömrük üzrə Bəyənnaməçi axtarır. Əsas vəzifələr: İdxal, ixrac, tranzit və digər gömrük prosedurları üzrə rəsmiləşdirmələrin həyata keçirilməsi; Gömrük bəyannamələrinin hazırlanması və elektron sistemlərə təqdim edilməsi; Qısa İdxal Bəyannamələrinin hazırlanması və nəzarəti; Malların XİF ƏN kodlarının müəyyən edilməsi və düzgün təsnifatının aparılması; İnvoice, Packing List, CMR, BL, mənşə sertifikatı, icazə və digər gömrük sənədlərinin yoxlanılması; Gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin müəyyənləşdirilməsində iştirak; Gömrük orqanları ilə yazılı və şifahi əlaqələrin aparılması; Gömrük orqanlarından yaranan sual, irad və problemlərin operativ həlli; Malların gömrükdən vaxtında və problemsiz buraxılmasının təmin edilməsi; Gömrük qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi; Müştərilər və logistika şirkətləri ilə operativ işgüzar yazışmaların aparılması; Gömrük rəsmiləşdirilməsi ilə bağlı hesabatların hazırlanması. Namizədə tələblər: Yaş: 25-45 Ali təhsil – logistika, iqtisadiyyat, beynəlxalq ticarət, gömrük və ya əlaqəli ixtisaslar; Gömrük rəsmiləşdirilməsi üzrə ixtisas attestatı tələb olunur; Gömrük rəsmiləşdirilməsi sahəsində minimum 2 il iş təcrübəsi; Azərbaycan Respublikasının gömrük qanunvericiliyi üzrə yaxşı bilik; Gömrük prosedurları və gömrük bəyannamələrinin hazırlanması üzrə praktiki təcrübə; XİF ƏN kodlarının müəyyənləşdirilməsi və malların təsnifatı üzrə bacarıq; e-Gömrük və digər elektron gömrük sistemləri ilə işləmək bacarığı; MS Word, MS Excel və MS Outlook proqramlarından sərbəst istifadə; Gömrük sənədlərinin hazırlanması və yoxlanılması bacarığı; Rəsmi e-mail və işgüzar yazışma bacarığı; Azərbaycan dilində səlis yazılı və şifahi nitq; İngilis və/və ya rus dili biliyi üstünlükdür; Analitik düşüncə, operativ qərarvermə və problem həll etmə bacarığı; Diqqətli, məsuliyyətli və detallara həssas olmaq; Komandada işləmək bacarığı. İş şəraiti İş qrafiki: 5 günlük İş yeri: Bakı, Xətai rayonu, Azzure Biznes mərkəzi Əmək haqqı: Namizədin bilik və iş təcrübəsinə əsasən müəyyən edilir. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .